AZƏRBAYCANIN DÖVLƏT BÜDCƏSİ 2008-Cİ İLƏDƏKBÖYÜK SÜRƏTLƏ ARTACAQDIR
Hökumət, o cümlədən Maliyyə Nazirliyi qarşısında 2007-ci ilin büdcəsinin əsas parametrlərinin müəyyənləşdirilməsi barədə vəzifə qoyduğunu söyləyən dövlət başçısı vurğulamışdır ki, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət, neft strategiyasının müvəffəqiyyətlə davam etdirilməsi və maliyyə nizam-intizamının möhkəmləndirilməsi, şəffaflığın təmin olunması maliyyə resurslarımızın çox sürətlə artmasına şərait yaradır.
Prezident demişdir ki, qeyri-neft sektorunun, vergilərin hesabına dövlət büdcəsi 2008-ci ilədək hər il böyük sürətlə artacaqdır. Bu, bütün infrastruktur layihələrini uğurla həyata keçirməyə, ölkəni müasirləşdirməyə, yeni, güclü iqtisadiyyat yaratmağa və sənaye potensialını gücləndirməyə imkan verəcəkdir.