Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır

Naxçıvan, 27 may (AZƏRTAC). 1917-ci ilin fevral ayında Rusiyada baş vermiş inqilab imperiya daxilində yaşayan xalqların azadlıq uğrunda mübarizəyə qalxması ilə nəticələnmişdir. 1918-ci ilin fevralında yaradılmış Zaqafqaziya seymi həmin il may ayının 25-də dağıldıqdan sonra mayın 27-də seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplaşdı. Fraksiya Azərbaycanın idarə olunması səlahiyyətini üzərinə götürmək qərarına gələrək Azərbaycan Milli Şurasını yaratdı, Məmmədəmin Rəsulzadə isə həmin şuranın sədri seçildi. Milli Şuranın bir gün sonra - mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən tarixi iclasında qəbul edilən 6 maddədən ibarət İstiqlal Bəyannaməsi ilə Azərbaycanın dövlət müstəqilliyi elan olundu. Bəyannamə Azərbaycanı tamhüquqlu müstəqil dövlət və onun idarə formasını isə Xalq Cümhuriyyəti elan etdi.

Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini və mövcudluğunu yüksək qiymətləndirərək deyirdi: “Həmin dövrdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycanın Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı. 1920-ci ilin yanvarında Azərbaycan dövlətinin müstəqilliyi defakto tanındı”.

Azərbaycan Milli Şurası öz iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. Bakı şəhəri mənfur S.Şaumyanın ermənipərəst Bakı Xalq Komissarları Sovetinin nəzarəti altında olduğu üçün 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Müvəqqəti hökumət Tiflisdən Gəncəyə köçmüşdü. Bir gün sonra Gəncədə Milli Şura öz fəaliyyətini müvəqqəti olaraq dayandırmış və Müəssisələr Məclisi çağırılanadək bütün hakimiyyəti F.Xoyskinin sədrliyi ilə yaradılmış ikinci hökumətə həvalə etmişdir.

Həmin dövrdə son dərəcə cəsarətli bir addım kimi qiymətləndirilən demokratik dövlət modelinin yaradılması - parlamentli respublikanın qurulması Azərbaycanın çoxminillik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı idi. Dövlət quruculuğu istiqamətində ilk günlərdən qəti tədbirlər görülməsinə başlanmış, yaranmış gərgin milli-etnik və hərbi-siyasi şəraitin diktəsi ilə qaçılmaz addım kimi iyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. İyunun 24-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq ilk dövlət bayrağı kimi qəbul olundu, iyunun 26-da isə müsəlman hərbi korpusunun ayrıca Azərbaycan Korpusuna çevrilməsi ilə milli ordunun yaradılmasının əsası qoyuldu.

Hökumətin nəzarəti altında olan ərazidə vəziyyəti sabitləşdirmək, nəqliyyat, poçt-teleqraf rabitəsi yaratmaq üçün mühüm tədbirlər görülmüş, avqustun 23-də Azərbaycan vətəndaşlığı haqqında fərman verilmişdir. Lakin hökumətin ən mühüm vəzifəsi ölkənin bütün ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini bərqərar etmək, Bakını və onun ətrafını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Bakı azad edilmiş, sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçmüşdür.

Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan hökumət Müəssislər Məclisinin çağırılması üçün bir sıra tədbirlər həyata keçirsə də, ölkədə yaranmış ağır ictimai-siyasi, mürəkkəb hərbi şərait parlamentə seçkilər keçirməyi təxirə salmağı məcbur edirdi. Milli hökumət Azərbaycan parlamentini mümkün qədər tez formalaşdırmağa çalışırdı. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq ali hakimiyyət orqanı kimi “Azərbaycan parlamentinin yaradılması haqqında” qanun layihəsini hazırlamış və həmin ilin noyabrın 19-da qanunu qəbul etmişdir.

Parlament ölkə əhalisinin hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Beləliklə, real seçkilər keçirilmədən formalaşan, Milli Şura tərəfindən təşkil edilmiş parlamentin 1918-ci il dekabrın 7-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında təntənəli açılışı olmuşdur. Bütün müsəlman Şərqində dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlamentin sədri Əlimərdan bəy Topçubaşov, onun birinci müavini isə Həsən bəy Ağayev seçilmişdir. Dövrün bütün gərgin ictimai-siyasi amilləri nəzərə alınaraq qeyd edilməlidir ki, parlamentimiz 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə Azərbaycan dövlətçiliyi tarixində dərin iz qoymuşdur.

Azərbaycan parlamenti geniş səlahiyyətlərə malik olmuş və ölkənin milli maraqlarının qorunması baxımından mühüm addımlar atmışdı. Parlamentin sədri Ə.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan müstəqil dövlət kimi tanınmışdır. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi dövr ərzində 20-dən çox dövlətlə diplomatik əlaqələr yaratmışdır.

Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi vəzifə qoymuş Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirmişdir. Həyata keçirilən tədbirlər Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyi imkan vermədi.

Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz xarakter alması ümummiilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin Azərbaycana rəhbər seçildiyi 1969-cu ilin 14 iyulu respublikamızı həqiqi müstəqilliyə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. Ümummilli liderimizin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində həyata keçirilmiş kompleks tədbirlər ölkəmizin XX əsrin 90-cı illərində müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır.

XX yüzilliyin sonunda Azərbaycan yenidən öz dövlət istiqlaliyyətini bərpa etmək imkanı əldə etmişdir. Belə ki, yola saldığımız əsr Azərbaycan xalqının tarixində başlıca olaraq əvvəlcə dövlət müstəqilliyinin əldə olunaraq qısa müddət ərzində (1918-1920-ci illər) mövcud olması, əsrin sonunda isə yenidən bərpası ilə əlamətdar olmuşdur. Mühüm coğrafi-strateji mövqeyi olan ölkəmizdə iki əsrə yaxın müstəmləkəçilik həyatından sonra azadlıq, müstəqillik məşəli 1991-ci ildə yenidən alovlandı. Lakin “tarix təkrar olunur” ifadəsinin təsdiqi kimi bu dəfə dövlətimiz elə müstəqilliyin ilk aylarında real məhvolma təhlükəsi ilə üz-üzə dayandı. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək mənfur ermənilər tərəfindən hərbi təcavüzə məruz qalmış ölkəmizdə son dərəcə təhlükəli vəziyyət yaranmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqillik tariximizin ilk illərini belə qiymətləndirmişdir: “Respublikanın qısa tarixi bir daha onu göstərir ki, hər hansı bir qələbəni, nailiyyəti əldə etməkdən daha çətin, daha məsuliyyətli vəzifə onu qoruyub saxlamaqdır. O cümlədən müstəqilliyi də əldə etmək onu qoruyub saxlamaqdan daha da asan məsələ idi. Azərbaycanın müasir tarixi onu bir daha göstərdi. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində yaranmış müstəqil Azərbaycan Respublikasının fəaliyyətində böyük çətinliklər var idi. Müstəqilliyimizin ilk illərində ölkəmiz faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi”.

Tarix dəfələrlə sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə həmişə erməni faktoru ilə üzləşmiş, Azərbaycanın müstəqil dövlət olmasını istəməyən qüvvələr daim “erməni məsələsi”ndən istifadə etmişlər. Əgər XX əsrin əvvəllərində xalqımız müstəqil dövlətini yaratmaq istəyərkən 1918-ci ilin mart soyqırımı ilə üzləşmişdisə, ötən əsrin 90-cı illərində 20 Yanvar faciəsi, Xocalı soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi işğal olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ötən əsrin 90-cı illərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə etmişdir: “Bütün tarix boyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.

Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmişdir. 1990-cı il iyulun 22-də görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı hadisəyə çevrilməsi, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. 1990-cı il noyabrın 17-də ulu öndərimizin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. Həmin qərarlara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuş, Naxçıvan Muxtar Respublikasının adından “Sovet” və “Sosialist” sözləri çıxarılmışdır. Qərarda Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik fikirlərini daha da gücləndirdiyini bildirmişdir. Hələ ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə, 1993-cü ilin mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.

Ulu öndərimizin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan düşdüyü bəlalardan xilas edilmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmiş, cümhuriyyətçilik ideyaları bərqərar olunmuşdur. Xalqımızın böyük oğlunun 1998-ci il 30 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq 2003-cü ilin fevral ayında Bakı şəhərində Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imzalamışdır.

Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində 1993-cü ildən sonra Azərbaycanda sabitlik yaradılmış, qanunçuluq, demokratik prinsiplər bərqərar edilmiş, müstəqilliyimizin əbədi və dönməz olması təmin olunmuşdur. Ulu öndərimiz müstəqil Azərbaycanın yeni Konstitusiyasını yaratmış, təbii sərvətlərin xalqa mənsub olmasının, mülkiyyətin bütün formalarının bərabərliyinin, vətəndaşların seçki hüququnun, çoxpartiyalılıq sisteminin təmin edilməsinin, ilk dəfə ölkədə azad, demokratik bir şəraitdə parlament, prezident və bələdiyyə seçkilərinin keçirilməsinin əsasını qoymuşdur. Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır, ənənələrinə sadiqdir.

Ümummilli lider Heydər Əliyev nəinki Azərbaycan Respublikasının yeni siyasi xəttini müəyyən etmiş, həmçinin bu siyasətin həyata keçirilməsinin yollarını da dəqiqliklə və böyük məharətlə işləyib hazırlamışdır. Böyük öndərimizin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasına, hətta ən ağır şərtlər altında belə yaşamasına imkan verən mükəmməl dövlətçilik konsepsiyasıdır. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması ulu öndərimizin adı ilə bağlıdır.

Azərbaycanda ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətt bu gün uğurla davam və inkişaf etdirilir. Azərbaycan artıq dünyada iqtisadi artım tempinə görə lider dövlətə, region dövlətləri arasında iqtisadi və siyasi güc mərkəzinə çevrilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurub yaratdığı və böyük öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin parlaq sabahlara doğru apardığı azad, müstəqil Azərbaycan dövləti bu gün öz tarixi köklərinə sıx şəkildə bağlanmış bir millətin müqəddəs ümidgahı, pənah yeridir. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar müqəddəs amallarımız uğrunda bir araya gələrək tarixi haqqımız, milli nemətimiz olan Azərbaycan dövlətçiliyi uğrunda səfərbər olmalı, ölkəmizin daha da inkişafına, beynəlxalq müstəvidə layiqli yerini tutmasına öz töhfəsini verməlidir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir və hər birimizin borcu onu qorumaq, yaşatmaq, inkişaf etdirmək, ölkəmizi dünyanın qabaqcıl dövlətləri səviyyəsinə qaldırmaqdan ibarətdir. Azərbaycan xalqı bundan sonra da müstəqillik yolu ilə gedəcək, öz müstəqilliyini əldən verməyəcəkdir. Azərbaycan Respublikası müstəqil dövlət kimi daim yaşayacaqdır.

Rabil Kətanov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb