İQTİSADİYYAT
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları açıqlanıb

Bakı, 28 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 194,7 milyon ABŞ dolları, BƏƏ ilə 25,4 milyon dollar, Səudiyyə Ərəbistanı ilə 10,9 milyon dollar olub. Hər üç ölkə ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrünə nisbətən artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 180,9 milyon dollar, BƏƏ-dən 18,2 milyon dollar, Səudiyyə Ərəbistanından isə 8,1 milyon dollar təşkil edib. Hər üç ölkə ilə idxal əməliyyatları artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [14:11]
Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb
- 09.12.2023 [12:53]
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
- 09.12.2023 [11:09]
Azərbaycan nefti bahalaşıb
- 09.12.2023 [10:29]