Azərbaycanın gənc atletləri Minskdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycanın gənc atletləri Minskdə keçiriləcək 20 yaşadək idmançılar arasında beynəlxalq turnirdə birincilik uğrunda mübarizə aparacaqlar.
AZƏRTAC xəbər verir ki, “Minsk U20 İnternational Match” turnirində ölkəmizi Aleksey Ələkbərov, Teymur Salahzadə, Vahid Kərimov, Kəsgin Abbaszadə, Rüstəm Məmmədov, Yusif Nəzərov, Aydın Bədəlov, Lamiyə Vəliyeva və Yelena Pextireva təmsil edəcəklər.
İdmançılarımız turnirdə qaçış (60m, 400m, 1500m), tullanma (üçtəkanla, hündürlüyə, uzunluğa) və nüvəitələmə yarışlarında qüvvələrini sınayacaqlar.
Yarışlarda atletlərimiz yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi ilə mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]