AZƏRBAYCANIN GÜRCÜSTANDAKI SƏFİRLİYİ BİNANI ÖZÜ ALACAQDIR
Gürcüstan Xarici İşlər Nazirliyinin bununla əlaqədar bəyanatında deyilir ki, Azərbaycan səfirliyinin bina ilə təmin edilməsi məsələsi çoxdandır gündəlikdədir. Lakin səfirliyin bütün tələblərinə uyğun olan bina hələlik tapılmamışdır. Bu istiqamətdə iş davam etdirilir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elxan Poluxov bu məlumatı təsdiq etmişdir. Onun sözlərinə görə, Gürcüstan tərəfi dəfələrlə Azərbaycan səfirliyinə bina təklif etmiş, lakin onların texniki göstəriciləri diplomatik nümayəndəliyin fəaliyyəti üçün zəruri meyarlara uyğun gəlməmişdir. E.Poluxov bildirmişdir ki, hazırda binanı səfirliyin özü axtarır və müvafiq bina tapan kimi onu alacaqdır.