Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN İDMAN İCTİMAİYYƏTİ AFFA PREZİDENTİNİN İFTİRALARINI RƏDD EDİR

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Fuad Musayevin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə ünvanlanmış məktubu dərc olunmuşdur. Həmin məktubda federasiyanın prezidenti son dövrdə Azərbaycan futbolunun acınacaqlı vəziyyətə düşməsində ölkədə bu idman növünün inkişafı üçün bilavasitə məsuliyyət daşıyan AFFA-nın fəaliyyətinə, əslində, fəaliyyətsizliyinə haqq qazandırmaqdan ötrü hər cür uydurma, böhtan və iftiralara əl atır, qaraya ağ, ağa qara deməkdən çəkinmir, futbolla bağlı bütün uğursuzluqların təqsirini respublika rəhbərliyində, Milli Olimpiya Komitəsində, onun prezidenti İlham Əliyevdə, Gənclər, İdman və Turizm Nazirliyində görür. Amma hamıya aydındır ki, bu iddiaların heç bir əsası yoxdur. 

AFFA prezidentinin məktubunu oxuyarkən ən çox təəssüf, daha doğrusu, hiddət doğuran odur ki, o, son dövrdə Azərbaycan idmanının və idmançılarının beynəlxalq miqyaslı uğurlarını, respublikamızda bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, müstəqil Azərbaycanın gələcəyi olan bugünkü yeniyetmələrin və gənclərin əqli və fiziki cəhətdən sağlam böyümələri üçün görülən çox böyük işləri, MOK-un prezidenti İlham Əliyevin bu sahədəki şəxsi xidmətlərini, yumşaq desək, urvatdan, gözdən salmağa, daha doğrusu, açıq-aşkar inkar etməyə cəhd göstərir. Halbuki, idmanın inkişafı, o cümlədən ən yüksək standartlara uyğun gələn nəhəng komplekslərin bir-birinin ardınca tikilib istifadəyə verilməsi və bu işin indi də davam etməsi, Azərbaycanın sözün həqiqi mənasında idman ölkəsinə çevrilməsi, beynəlxalq idman təşkilatları rəhbərlərinin bunu dəfələrlə müxtəlif kürsülərdən bəyan etməsi təkzibedilməz həqiqətdir və bütün bu uğurları görməmək, onlardan xəbərdar olmamaq üçün, necə deyərlər, insan gərək kor və kar olsun.

Məhz buna görə də AFFA prezidentinin məktubu respublikamızın idman ictimaiyyətini haqlı olaraq hiddətləndirmişdir. Onlardan AZƏRTAC-a daxil olmuş etiraz məktublarının bir qismini oxuculara təqdim edirik.

X X X

AFFA prezidenti F.Musayevin Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə ünvanladığı və “Novoye vremya” qəzetinin 2003-cü il 7 yanvar tarixli nömrəsində dərc edilmiş “Açıq məktub”unu oxuyanda çox təəccübləndik və bununla əlaqədar öz münasibətimizi bildirməyi qərara aldıq.

Sözün düzü, zənnimizcə, F.Musayev idmanı siyasətlə bağlamağa can atmaqla məsələni həddindən artıq siyasiləşdirir və dərindən səhv edir. Bəli, Azərbaycan Respubıikası Milli Məclisinin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olaraq İlham Əliyev bu gün dövlət fəaliyyətini, siyasi və ictimai fəaliyyəti uğurla birləşdirir. Burada təəccüblü bir şey olmamalıdır, çünki dövlət xadimlərinin ictimai işləri də yerinə yetirdiyinə dair çoxlu misallar gətirmək olar. Bizə elə gəlir ki, bunun ancaq faydası və çox böyük köməyi ola bilər. Biz idmanda böyük və maraqlı yol keçmişik, müxtəlif idman rəhbərləri görmüşük və təbii olaraq, bizi, ilk növbədə, işin idman tərəfi maraqlandırır - çünki bütün həyatımız idmana bağlıdır.

Bəli, bu gün respublikamızda idman sahəsində hələ çox işlər görmək lazımdır. Mövcud idman qurğularını qaydaya salmaq, yenilərini tikmək, idman məktəblərinin işini sahmanlamaq, bir çox federasiyaların fəaliyyətini güclənidirmək və bir çox digər işlər görmək gərəkdir. Bütün bunlar hamıya məlumdur və bunu hansısa kəşv kimi qələmə vermək lazım deyildir.

Onu da bilmək lazımdır ki, bütün bu işlər xeyli vəsait və vaxt tələb edir. Eyni zamanda, daim yadda saxlamaq lazımdır ki, ölkədə çox böyük sayda qaçqınlar var və onların da daim qeydinə qalmaq gərəkdir.

Bildirmək istəyirik ki, ölkənin çox mühüm problemlərinin həlli ilə yanaşı, Azərbaycanda bədən tərbiyəsi və idmana da böyük diqqət yetirilir.

Məlum olduğu kimi, dövlət müstəqilliyinin bərpas edilməsi ilə Azərbaycanda olimpiya hərəkatının da təməli qoyulmuşdur. Ötən il respublika Milli Olimpiya Komitəsinin 10 yaşı tamam olmuşdur. Bu müddət ərzində müstəqil dövlət olaraq Azərbaycan olimpiya oyunlarında iki dəfə iştirak etdmişdir. MOK-un mövcudluğunun 10 ilindən 5 ili onun indiki prezidenti İlham Əliyevin rəhbərliyi dövrünə düşür və zənnimizcə, MOK-un prezidenti kimi o, öz vəzifələrinin öhdəsindən layiqincə gəlir. Ona görə də başa düşə bilmirik, MOK-un prezidenti İlham Əliyev nə pis iş görür ki, Fuad Musayev bununla razılaşa bilmir?

Müstəqil dövlət olaraq Azərbaycan olimpiya oyunlarında ilk dəfə 1996-cı ildə Atlantada iştirak etmişdir. O vaxt komandamız 23 nəfərdən ibarət idi. Həmin olimpiadada komandamız 177 ölkə arasında 61-ci yeri tutmuşdu. Komandamızın hesabında güləşçi N.Abdullayev qazandığı

cəmi bir gümüş medal vardı.

Azərbaycan ikinci dəfə 2000-ci ildə Sidney Olimpiadasında təmsil olunmuşdur və onda nümayəndə heyətimizə MOK-un indiki prezidenti İlham Əliyev başçılıq edirdi. Komandanın tərkibinə 31 idmançı daxil idi ki, bu da 1996-cı ildə keçirilmiş əvvəlki olimpiadada olduğundan 8 nəfər çoxdur. Azərbaycan 199 ölkə arasında 34-cü yeri tutmuşdur. Bu dəfə komandamız iki qızıl və bir bürünc medal qazanmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan MOK qazanılmış nailiyyətlə kifayətlənmədi, əksinə, öz fəaliyyətini daha da gücləndirdi. Maddi-texniki baza nəzərə çarpacaq dərəcədə möhkəmlənməyə başladı, Bakı, Naxçıvan, Gəncə, Şəki və Bərdədə yeni idman mərkəzləri tikildi, Quba, Lənkəran və Şamaxıda isə yeni qurğuların tikintisinə başlanmışdır. Daha yaxşı hazırlıq keçmək məqsədi ilə idmançılarımız digər ölkələrin ən yaxşı idman bazalarına təlim-məşq toplatılarına gedirlər.

Azərbaycan bir çox beynəlxalq yarışların keçirildiyi yerə çevrilmişdir. Məsələn, son beş ildə Bakıda yeniyetmələr və gənclər arasında boks üzrə Avropa və dünya çempionatları, bodibildinq üzrə Avropa çempionatı, qadınlar arasında voleybol üzrə Avropa Top-komanda kuboku və həndbol üzrə “Çağırış kuboku” yarışlarının final oyunları keçirilmişdir. Hər iki kuboku Azərbaycan voleybolçu və həndbolçuları qazanmışlar. 2002-ci ildə Bakıda gənclər arasında güləş və şahmat üzrə Avropa çempionatları keçirilmişdir və idmançılarımız bu yarışlarda da yaxşı nəticələr göstərmişlər. Göründüyü kimi, son beş ildə Azərbaycanda idman xeyli irəliləmişdir və bununla razılaşmamaq olmaz, çünki faktlar göz qabağındadır. Əgər 1997-ci ildə Azərbaycan itdmançıları müxtəlif yarışlarda cəmi 136 medal qazanmışdılarsa, 2002-ci ildə 175 medala layiq görülmüşlər. Onu da demək lazımdır ki, komandalarımızın və idmançılarımızın uğurlu çıxışları sayəsində yarışlara getdikcə daha çox azarkeş gəlməyə başlamışdır.

Ölkəmizdə beynəlxalq yarışlarla yanaşı, Respublika gənclər oyunlarının (2002-ci ildə sayca 3-cü), habelə ölkə çempionatlarının və müxtəlif turnirlərin keçirilməsi də ənənəyə çevrilmişdir.

Həndbolçular olaraq, Həndbol Federasiyasının fəaliyyətindən də danışmaya bilmərik. Federasiyanın işi çox qısa müddətdə canlandırılmışdır. Məlumdur ki, 1995-96-cı illərdə bir çox aparıcı qadın həndbolçuların getməsi ilə əlaqədar ölkəmizdə idmanın bu növünün səviyyəsi kəskin surətdə aşağı düşmüşdür və həndbolçularımız dünya miqyasında qazandıqları mövqelərini əldən vermişlər. Lakin federasiya rəhbərliyinin gücləndirilməsi nəticəsində bu prosesi dayandırmaq mümkün olmuşdur və indi normal səmərəli iş gedir. Respublikada peşəkar həndbol klubları yaradılmağa başlamışdır. İndi biz bir çox rəsmi yarışlarda və turnirlərdə müntəzəm çıxış edirik və gənclərimiz təcrübə toplayırlar. İnanırıq ki, Azərbaycan həndbolu keçmiş ənənələrini yaxın vaxtlarda bərpa edəcəkdir. Hazırda federasiyanın qüvvəsi ilə Bakıda həndbolçular üçün yeni idman kompleksinin tikintisinə başlanmışdır.

Belə bir fakti da qeyd etməmək olmaz ki, yüksək nəticələr göstərmiş və Azərbaycan idmanının inkişafına töhfə vermiş idmancılara və məşqçilərə dövlət qayğısı xeyli yaxşılaşmışdır. Dövlət mükafatlarına layiq görülənlər arasında idman nümayəndələrinin də olması normal hala çevrilmişdir. Respublika Prezidenti Heydər Əliyev idmançılarımızın 2000-ci il Sidney Olimpiya oyunlarında iştirakına yekun vurarkən və Azərbaycan Milli Olimpiya Komitəsinin 10 illik yubileyi münasibətilə şənliklərdə bu, xüsusilə nəzərə çarpırdı. Bir çox idmançılara və məşqçilərə dövlət mükafatları, pul mükafatları, mənzillərin açarları təqdim edilmiş və təqaüd təyin olunmuşdur.

Əminik ki, respublikada görülən bütün bu işlər idman naminə, gələcək nəslimiz naminə, doğma, müstəqil Azərbaycanımızın tərəqqisi naminə görülür.

Rəfiqə Şabanova

Azərbaycan MOK İcraiyyə Komitəsinin üzvü

Lyudmila Şubina

Azərbaycan MOK-un üzvü

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO