Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN İDMAN İCTİMAİYYƏTİ AFFA PREZİDENTİNİN İFTİRALARINI RƏDD EDİR

Xəbər verdiyimiz kimi, bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Fuad Musayevin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə ünvanlanmış məktubu dərc edilmişdir. Bu, ölkənin idman ictimaiyyəti tərəfindən hiddətlə, kəskin etirazla qarşılanmışdır. Ayrı-ayrı təşkilatlardan, tanınmış idmançılardan və məşqçilərdən AZƏRTAC-a bu barədə müraciətlər, bəyanatlar daxil olmaqdadır. Onların bəzilərini oxuculara təqdim edirik. 

Hörmətli həmvətənlər!

Ölkəmiz müstəqillik qazanandan sonra ictimai, siyasi, sosial, iqtisadi, mədəni həyatımızda baş verən müsbət dəyişikliklər hamımıza məlumdur. O da məlumdur ki, bu dəyişikliklərin hamısının təməli müdrik siyasətçi, möhtərəm Prezidentimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuşdur. Bizim Milli Paralimpiya Komitəsi də məhz bu dövrdə - 1996-cı il fevralın 9-da yaradılmışdır. Həmin dövrdə ölkəmizdə paralimpiya hərəkatı ancaq dövlətin müvafiq nazirliklərinin - gənclər və idman, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin qayğısı ilə əhatə olunmuşdu. Milli Olimpiya Komitəsinin həmin dövrdəki rəhbərliyi ilə işgüzar əlaqələr yaratmaq cəhdlərimiz isə laqeydliklə qarşılanırdı. Milli Olimpiya Komitəsi ilə nəinki bizim, eyni zamanda ayrı-ayrı növlər üzrə idman federasiyalarının, Gənclər və İdman Nazirliyinin də əlaqə yaratmaq cəhdləri etinasızlıqla qarşılanırdı. Olimpiya hərəkatı özünün durğunluq dövrünü yaşayırdı.

İdmanla bağlı əsaslı müsbət dəyişikliklər ölkənin bütün idman ictimaiyyətinin yekdilliklə səs verərək, Milli Olimpiya Komitəsinə rəhbər seçdiyi İlham Əliyevin 1997-ci ildən indiyədək həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində mümkün olmuşdur. Bilavasitə onun təşkilatçılıq işi sayəsində Milli Olimpiya Komitəsi özünün əsl funksiyasını yerinə yetirməyə başladı. Ayrı-ayrı idman federasiyalarının dövlətin müvafiq idman strukturu olan Gənclər və İdman Nazirliyi ilə əlaqələri bərpa edildi və nəhayət, Milli Olimpiya Komitəsi ölkənin bütün idman həyatının, sözün əsl mənasında, canlı əlaqələndiricisinə çevrildi. Həmin dövrdə yaranan əlverişli şəraitdən bəhrələnən idman qurumlarından biri də Milli Paralimpiya Komitəsi oldu. Milli Olimpiya Komitəsinin, əlaqədar idman federasiyalarının, Gənclər, İdman və Turizm Nazirliyinin, digər idman təşkilatlarının vahid bir mexanizm kimi fəaliyyəti qısa müddətdə öz müsbət nəticələrini verdi.

Artıq Azərbaycan dünyada nüfuzlu idman ölkəsinə çevrilmişdir. Hamımızın gözləri qarşısında fərdi idman növləri ilə yanaşı, komanda idman növlərində də böyük irəliləyişlər əldə olunmuşdur. Ölkəmizdə müxtəlif beynəlxalq yarışlar, hətta olimpiya oyunlarına lisenziya verən nüfuzlu turnirlər keçirilir. İdmançılarımızın uğurları, əgər belə demək mümkündürsə, həndəsi silsilə ilə artır. Olimpiya idman növləri ilə yanaşı, paralimpiya idman növləri də sürətlə inkişaf edir. Bütün bu uğurlar, ilk növbədə, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xidmətidir. Hazırda dövlətin müvafiq strukturlarının, Milli Olimpiya Komitəsinin və idman federasiyalarının əlaqələri daha da möhkəmlənərək, bütün qüvvələr böyük vəzifələrin yerinə yetirilməsinə, Afina Olimpiya və Paralimpiya Oyunlarında uğurlar qazanılması işinə səfərbər edilmişdir.

Azərbaycanda futbol idmanın yeganə sahəsidir ki, mənfi dəyişikliklərə məruz qalaraq geriyə getmişdir. AFFA rəhbərliyi özünün bu fəaliyyətsizliyini müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışır, hətta son vaxtlar ölkə futbolunun inkişaf etdiyini və bunun üçün çoxlu işlər görüldüyünü bəyan edir.

Görəsən bu adamlar doğrudanmı hesab edirlər ki, Azərbaycan ictimaiyyəti ağı qaradan seçə bilmir. Onlar büsbütün yanılırlar və hətta heç nəyə yaramadıqları halda, bəzən hədlərini aşıb bəyanatlar verir, müraciətlər qəbul edirlər. Ölkə rəhbərliyinin, Milli Olimpiya Komitəsinin Gənclər, İdman və Turizm Nazirliyinin gördükləri böyük işlərə ləkə yaxmaq istəyirlər. Özləri Azərbaycanın bütün futbolsevərlərinə qarşı kobud davrandıqları, xalqımızı gözəl futbola həsrət qoyduqları bəs deyilmiş kimi, bu vəziyyətdən necə çıxmaq yollarını göstərən təcrübəli, təşəbbüskar və səriştəli insanların işlərini də heçə endirməyə, bütün Azərbaycan ictimaiyyətinə meydan oxumağa cəhd edirlər.

Azərbaycan futbolunun indiki vəziyyəti həqiqətən dözülməzdir. Biz bu vəziyyətdən çıxış yolunu ölkəmizdə futbolun, sözün əsl mənasında, ictimai əsaslarla idarə olunmasında, bu işdə ictimaiyyətin rəyinin nəzərə alınmasında görürük. Başa düşmək olmur ki, görəsən FİFA və UEFA nə vaxtdan Azərbaycan xalqının və onun futbolunun qarantına çevrilib? Əgər bu beynəlxalq təşkilatları Azərbaycan futbolunun taleyi az da olsa maraqlandırsaydı, ona qarşı belə ciddi sanksiyalar tətbiq etməzdilər.

İctimaiyyətin rəyi isə birmənalıdır: səlahiyyət müddəti qurtarmış AFFA rəhbərliyi istefa verməli, yeni, demokratik seçkilər keçirməli və futbol Azərbaycanın vahid idman həyatının bir qolu kimi inkişaf etməlidir.

Əgər AFFA rəhbərləri fikirləşirlərsə ki bu, onların və beynəlxalq komitələrin işidir, onda onlar çox dərindən yanılırlar. Azərbaycanda fəaliyyət göstərən hər bir təşkilat Azərbaycan xalqının mənafeyinə xidmət etməli və onun maraqlarını qorumalıdır. Belə olmayan təqdirdə, bu təşkilatın kimin üçün işlədiyi ictimai komissiya tərəfindən müəyyən edilməli və lazımi tədbirlər görülməlidir. Vaxt gözləmir.

Sonda bir daha ölkə ictimaiyyətinin bu məsələnin qısa müddətdə həllində əsas qüvvə olacağına və yaxın gələcəkdə Azərbaycan futbolunda da müsbət dəyişikliklərin təməlinin qoyulacağına əmin olduğumuzu bildiririk.

Müraciət Milli Paralimpiya Komitəsi

İcraiyyə Komitəsinin 2003-cü il

yanvarın 11-də keçirilmiş iclasında

qəbul edilmişdir.

X X X

Biz - bugünkü mitinqin iştirakçıları AFFA-nın prezidenti Fuad Musayevin Azərbaycanda idmanın inkişafı ilə bağlı qeyri-səmimi, həqiqətdən uzaq bəyanat və çıxışlarını, o cümlədən bununla əlaqədar mətbuat səhifələrində dərc olunan yazıları və televiziya verilişlərini həyəcanla izləyirik.

Qeyd etməyi lazım bilirik ki, son illərdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin rəhbərliyi altında, şəxsən Komitənin prezidenti cənab İlham Əliyevin gərgin əməyi və səyləri nəticəsində respublikamızda idmanın bütün sahələrində böyük uğurlar qazanılır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində əldə etdikləri nailiyyətlər, respublikamızın bir sıra şəhər və rayonlarında müasir tələblərə cavab verən idman bazalarının yaradılması bizi hədsiz sevindirir və idmana olan marağımızı daha da artırır. İdmana göstərilən böyük diqqət və qayğı üçün bugünkü mitinqin iştirakçıları və rayonun bütün gəncləri adından Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Respublikamız, o cümlədən idmanımız çox böyük inkişaf yolunda olduğu bir dövrdə, çox təəssüf ki, AFFA prezidenti Fuad Musayevin təqsiri üzündən gənclərimizin ən sevimli idman növlərindən biri olan futbolun inkişaf etdirilməsində acınacaqlı vəziyyət yaranmış, Azərbaycan futbolu nəinki özünün keçmiş nüfuzunu qoruyub saxlaya bilməmiş, əksinə, məhv olmaq həddinə çatdırılmışdır.

Fuad Musayevin ölkə futboluna vurduğu zərbə hamıya, o cümlədən beynəlxalq dairələrə də bəllidir. O, müxalifət qəzetlərindəki reklam xarakterli çıxışları ilə öz eyiblərini ört-basdır etmək naminə hamıya qara yaxmağa, Milli Olimpiya Komitəsinə, Gənclər, İdman və Turizm Nazirliyinə böhtanlar atmağa çalışır. Son vaxtlar Fuad Musayevin bəzi müxalifət partiyalarının başçıları ilə görüşlər təşkil etməklə ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etməsi onun kimə və nəyə xidmət etdiyini açıq-aşkar sübut edir. Fuad Musayev nə qədər çalışsa da, Milli Olimpiya Komitəsinin, ümumiyyətlə, Azərbaycan idmanının İlham Əliyevin rəhbərliyi dövründə əldə etdiyi uğurların üzərinə kölgə sala bilməz.

Azərbaycan Respublikasının hörmətli Prezidenti Heydər Əliyevin idmanın inkişafına, ölkəmizin mötəbər beynəlxalq yarışlarda təmsil olunmasına xüsusi diqqəti göz qabağındadır. Dövlət rəhbərinin gənclər siyasətinin tərkib hissəsi olan bu məsələyə xüsusi əhəmiyyət verməsinin Azərbaycan idmanının nüfuzunun yüksəldilməsində müstəsna rolu vardır. Bunu beynəlxalq idman ictimaiyyəti də layiqincə qiymətləndirir.

Biz - İsmayıllı gəncləri AFFA-nın prezidenti Fuad Musayevin hərəkətlərini, böhtan və iftira xarakterli çıxışlarını, ölkədə idmanın inkişafı sahəsində əldə olunan müvəffəqiyyətlərə kölgə salmaq cəhdlərini qətiyyətlə pisləyir və rədd edirik.

Biz, bugünkü mitinqin iştirakçıları Azərbaycan futbolunda yaranmış böhranlı vəziyyəti, anarxiya, özbaşınalıq hallarını, qeyri-sağlam mühiti aradan qaldırmaq və ölkəmizdə futbolun gələcək inkişafı naminə AFFA-nın prezidenti Fuad Musayevin tutduğu vəzifədən istefa verməsini qətiyyətlə tələb edirik.

Müraciət İsmayıllı rayonu idman

İctimaiyyəti nümayəndələrinin

2003-cü il yanvarın 11-də keçirilmiş

mitinqində qəbul edilmişdir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO