Azərbaycanın iki qadın güləşçisi dünya çempionatında bürünc medal uğrunda yarışacaq
Bakı, 4 sentyabr, AZƏRTAC
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın 3 qadın güləşçisi xalçaya çıxıb. Aysel Məmmədzadə (50 kiloqram) 1/8 finalda türkiyəli Fatma Kızmaza 0:6 hesabı ilə məğlub olub. Nərgiz Səmədova (55 kiloqram) çinli Liuxuan Çeni (18:13) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda monqolustanlı Xaliun Byambasurenə 2:6 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Nərgiz sabah təsəlliverici görüşdə kanadalı Madisin Qrofla güləşəcək.
Ruzanna Məmmədova (59 kiloqram) polşalı Nikola Vasilevskaya “tuş”la, çinli Yifan Juya isə 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında yaponiyalı Sakura Onişiylə bacarmayıb – 0:10. Ruzannanın bürünc medal uğrunda qarşılaşmada rəqibi Yelena Kurova (AİN) – Komal Komal (Hindistan) görüşünün qalibi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]