AZƏRBAYCANIN İSTANBULDAKI BAŞ KONSULLUĞU “XOCALI HƏFTƏSİ” ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR KEÇİRƏCƏKDİR
Ankara, 19 fevral (AZƏRTAC). Azərbaycanın İstanbuldakı baş konsulluğu “Xocalı həftəsi” çərçivəsində İstanbul, İzmir, Manisa, Bursa, Karabük və Yalova universitetlərində Xocalı soyqırımının ildönümü ilə bağlı konfranslar keçirəcəkdir.
İstanbulun Mərmərə Universitetində keçiriləcək tədbirdə və Halkalı meydanında təşkil olunacaq mitinqdə Heydər Əliyev Fondunun göndərdiyi sənədlər və filmlər, həmçinin İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Xocalıya ədalət” kampaniyasının materiallarından istifadə olunmaqla sərgilər açılacaqdır.
Baş konsul Səyyad Salahlı bildirmişdir ki, tədbirlərdə Azərbaycan Milli Məclisinin deputatları Elman Məmmədov və Aydın Mirzəzadə, Türkiyə Böyük Millət Məclisinin üzvləri və siyasi partiyaların nümayəndələri iştirak edəcəklər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]