Azərbaycanın Mərakeşdəki səfirliyinin Tunis nümayəndəliyində Xocalı soyqırımının ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 26-da Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Azərbaycanın Mərakeşdəki səfirliyinin Tunis nümayəndəliyində anma mərasimi keçirilmişdir.
Mərasimdə Tunisdə daimi yaşayan həmvətənlərimiz və ictimaiyyət nümayandələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan nümayəndəliyin müvəqqəti işlər vəkili M.İmanzadə Xocalı faciəsinin Azərbaycanın tarixində ən ağrılı səhifələrdən biri olduğunu bildirmişdir. Belə ki, XX əsrin sonlarında erməni qəsbkarları qadınlar, uşaqlar, qocalar da daxil olmaqla azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər törətmişlər. Beynəlxalq təşkilatları Xocalı soyqırımını törədənləri cəzalandırmağa çağıran M.İmanzadə faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişdir.
Çıxış edən Azərbaycan diasporunun nümayəndələri Xocalıda baş verən hadisələri qətliam və etnik təmizləmə adlandırmış, dünya kütləvi informasiya vasitələrini bu faciəni geniş şəkildə işıqlandırmağa çağırmışlar.
Tədbirin sonunda iştirakçılara Xocalı faciəsi ilə bağlı kitablar, şəkillər, bukletlər və digər materiallar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]