Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN MİLLİ TƏHLÜKƏSİZLİKORQANLARININ 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YUBİLEY MƏRASİMİ

Martın 27-də Akademik Opera və Balet Teatrında Azərbaycanın milli təhlükəsizlik orqanlarının 85 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

Mərasimdə respublika Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, ictimaiyyətin nümayəndələri, xarici ölkələrin xüsusi xidmət təşkilatlarının təmsilçiləri iştirak edirdilər.

Yubiley mərasimi açıq elan edildi. Azərbaycanın dövlət himni səsləndi.

Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik orqanlarının şəxsi heyətinə təbrikini oxudu.

(Təbrikin mətni qəzetin birinci səhifəsində dərc olunur).

Milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov

Azərbaycan təhlükəsizlik orqanlarının 85 illiyi haqqında məruzə etdi. Son on il ərzində Heydər Əliyev tövsiyələrinin icrası nazirliyin fəaliyyətində heç vaxt səngiməyən bir iş sahəsi kimi daim diqqət mərkəzində saxlanmışdır. 1997-ci ilin iyununda nazirlikdə Azərbaycan xüsusi xidmət orqanlarının keçdiyi yolu dolğunluğu ilə əks etdirən “Müstəqilliyin, dövlətçiliyin və milli təhlükəsizliyin keşiyində” muzeyinin Heydər Əliyevin iştirakı ilə açılışı, 2000-ci ildə müasir qış idman kompleksinin istifadəyə verilməsi, əslində, tövsiyələrinin icrası barədə böyük öndərimizə hesabatlarımız idi. Biz builki hesabata xüsusilə ciddi hazırlıq görürdük. Muzeyin açılışı vaxtı Heydər Əliyev burada alimlərin davamlı işləmələri üçün münasib şərait yaradılması zərurətini qeyd etmişdi: MTN arxivləri tədqiqatçıların sərəncamına verilməli, xalqımızın ötən əsr ərzində həm faciələrlə, həm də qəhrəmanlıqlarla dolu ibrətamiz tarixi indiki və gələcək nəsillərə çatdırılmalıdır. Bu tapşırıq artıq icra olunmuşdur, aprelin 15-dən muzeyin yeni iş sahələri tədqiqatçıların istifadəsinə veriləcəkdir. Heydər Əliyevin bizə daim təlqin etdiyi ideyalardan biri nazirliyin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunda fəal iştirakı zərurəti idi. Rəhbərimizin bu tövsiyəsinə uyğun olaraq, 2002-ci ildə daxili imkanlar hesabına nazirlikdə 7 nəfərdən ibarət hüquq bürosu 19 işçisi olan hüquq şöbəsinə çevrilmiş, yeni quruma nazirliyin fəaliyyətində qanunçuluğa ciddi riayət olunması, əməliyyat və istintaq proseslərində insan haqlarının gözlənilməsinə nəzarətin təşkili funksiyaları verilmişdir. Dünən hüquq şöbəsi hər cür şəraiti olan yeni iş yerinə köçürülmüşdür. Rəmzidir ki, yeni şöbə nazirliyin istintaq təcridxanasından götürülmüş geniş sahədə yerləşdirilmişdir. Hüquq şöbəsinə bitişik mərtəbələrdə - yenə də istintaq təcridxanasına məxsus sahələrdə, dünən nazirliyin İctimai əlaqələr mərkəzi və mərkəzə məxsus konfrans salonu istifadəyə verildi. Beləliklə, nazirliyin fəaliyyətində optimal miqyaslarda şəffaflıq, ictimaiyyətlə əlaqələrin daim genişləndirilməsi və möhkəmləndirilməsi barədə Heydər Əliyev tapşırıqlarının layiqincə icrası üçün müasir tələblərə uyğun şərait yaradıldı. Son on il ərzində Heydər Əliyev tövsiyələrinin icrası nazirliyin fəaliyyətində heç vaxt səngiməyən bir iş sahəsi kimi daim diqqət mərkəzində saxlanmışdır. 1997-ci ilin iyununda nazirlikdə Azərbaycan xüsusi xidmət orqanlarının keçdiyi yolu dolğunluğu ilə əks etdirən “Müstəqilliyin, dövlətçiliyin və milli təhlükəsizliyin keşiyində” muzeyinin Heydər Əliyevin iştirakı ilə açılışı, 2000-ci ildə müasir qış idman kompleksinin istifadəyə verilməsi, əslində, tövsiyələrinin icrası barədə böyük öndərimizə hesabatlarımız idi. Biz builki hesabata xüsusilə ciddi hazırlıq görürdük. Muzeyin açılışı vaxtı Heydər Əliyev burada alimlərin davamlı işləmələri üçün münasib şərait yaradılması zərurətini qeyd etmişdi: MTN arxivləri tədqiqatçıların sərəncamına verilməli, xalqımızın ötən əsr ərzində həm faciələrlə, həm də qəhrəmanlıqlarla dolu ibrətamiz tarixi indiki və gələcək nəsillərə çatdırılmalıdır. Bu tapşırıq artıq icra olunmuşdur, aprelin 15-dən muzeyin yeni iş sahələri tədqiqatçıların istifadəsinə veriləcəkdir. Heydər Əliyevin bizə daim təlqin etdiyi ideyalardan biri nazirliyin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunda fəal iştirakı zərurəti idi. Rəhbərimizin bu tövsiyəsinə uyğun olaraq, 2002-ci ildə daxili imkanlar hesabına nazirlikdə 7 nəfərdən ibarət hüquq bürosu 19 işçisi olan hüquq şöbəsinə çevrilmiş, yeni quruma nazirliyin fəaliyyətində qanunçuluğa ciddi riayət olunması, əməliyyat və istintaq proseslərində insan haqlarının gözlənilməsinə nəzarətin təşkili funksiyaları verilmişdir. Dünən hüquq şöbəsi hər cür şəraiti olan yeni iş yerinə köçürülmüşdür. Rəmzidir ki, yeni şöbə nazirliyin istintaq təcridxanasından götürülmüş geniş sahədə yerləşdirilmişdir. Hüquq şöbəsinə bitişik mərtəbələrdə - yenə də istintaq təcridxanasına məxsus sahələrdə, dünən nazirliyin İctimai əlaqələr mərkəzi və mərkəzə məxsus konfrans salonu istifadəyə verildi. Beləliklə, nazirliyin fəaliyyətində optimal miqyaslarda şəffaflıq, ictimaiyyətlə əlaqələrin daim genişləndirilməsi və möhkəmləndirilməsi barədə Heydər Əliyev tapşırıqlarının layiqincə icrası üçün müasir tələblərə uyğun şərait yaradıldı. Bütün bunları biz dünən 85 illik yubileyimiz münasibətilə nazirliyimizin qonağı olmuş Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə böyük iftixar hissi ilə məruzə etdik. Cənab Prezident, eyni zamanda, bayram ərəfəsi günlərdə nazirliyə məxsus poliklinikanın əsaslı təmirdən sonra müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilməsi, yeni yaşayış binasında onlarca əməkdaşa mənzillərin orderlərinin təqdim olunması barədə məruzələrimizi də böyük məmnunluqla qarşıladı. Heydər Əliyev dörd il əvvəl nazirlikdə qış idman kompleksini açarkən, yay idman kompleksi yaradılması tapşırığını da vermişdi. Dünən cənab İlham Əliyev olimpiya tələblərinə uyğun şəkildə yaradılmış yay idman kompleksini təntənəli surətdə açdı. Dünən cənab Prezidentin, Ali Baş Komandanın nazirliyin şəxsi heyəti ilə son dərəcə səmimi görüşü və söhbətləri oldu. Bu görüş həm də onunla əlamətdar və unudulmazdır ki, - mən bütün şəxsi heyətin yekdil rəyini bildirirəm, - biz dünən nazirlikdə Heydər Əliyev münasibətinin, diqqətinin, qiymətlərinin və mülahizələrinin bir daha şahidi olduq. Bu qiymətlər bugünkü təntənəli yığıncağın açılışında cənab İlham Əliyevin bayram təbrikində bir daha səsləndi. Cənab Prezidentin nazirliyin fəaliyyətinə verdiyi yüksək qiymət əməkdaşlarımızın böyük bir qrupunun orden və medallarla təltif olunması barədə imzalanmış Sərəncamda öz əksini tapmışdır. İcazə verin, bu yüksək qayğı və diqqətə görə bütün şəxsi heyət adından və öz adımdan möhtərəm cənab Prezidentə, Ali Baş Komandana dərin təşəkkürümü bildirim və bəyan edim ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Heydər Əliyev siyasi xəttinə həmişə sadiq olmuş, həmin xəttin layiqli davamçısı İlham Əliyevin fəaliyyətini tam dəstəkləyir, bu fəaliyyətin uğurları üçün öz səlahiyyətləri çərçivəsində əlindən gələni bundan sonra da əsirgəməyəcəklər. Hörmətli mərasim iştirakçıları! Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti 85 illik yubileyini xalq və vətən qarşısında alnıaçıq, üzüağ qarşılayır. Dünyada son illər gedən proseslər planetimizdə, o cümlədən, regionda qeyri-sabit və təhlükəli şəraitin yaranması ilə səciyyəvidir. Şərq ilə Qərb, Asiya ilə Avropa arasında, ümumiyyətlə, sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan Respublikasının bütün bu ağrılı proseslərdən nəzərəçarpacaq dərəcədə kənarda qalması, əslində, formal məntiqə tam uyuşmur. Bu gün Azərbaycanda sabitliyin daha da möhkəmləndirilməsi, ölkədə təhlükəsizlik mühitinin mövcudluğu və proqnozlaşdırıla bilən əməliyyat şəraitinin qorunub saxlanmasına yönəlmiş proseslərin cərəyan etməsi müşahidə olunur. Ən başlıcası da məhz budur ki, etibarlı təhlükəsizlik və sabitlik şəraiti Azərbaycanı dünyada gedən demokratikləşmə və qloballaşma proseslərindən təcrid etməklə deyil, onun öncül dövlətlərin cərgəsinə fəal inteqrasiyası, ölkədə sürətli demokratikləşmə, qlobal dünyanın ayrılmaz tərkib hissəsinə çevrilməsi ilə müşayiət olunmuşdur. 2000-ci ilin sonunda Yeni il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində Heydər Əliyev dahiyanə deyirdi: “Ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq ilə Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadirdir. Azərbaycan Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün böyük səylər göstərir... Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək”. Heydər Əliyevin rəhbərliyi altında respublikada məhz belə qlobal vəzifələr fövqündə duran bir təhlükəsizlik orqanının formalaşdırıldığını biz bu gün fəxrlə deyə bilərik. 1990-cı illərin ortalarından başlayaraq, xarici xüsusi xidmətlərin və ölkə daxilindəki düşmən qüvvələrin təxribat-pozuculuq fəaliyyətinə qarşı aparılan mübarizə getdikcə müntəzəm və sistemli xarakter almış, dövlətin milli təhlükəsizlik siyasətinin tərkib hissəsinə çevrilmişdir. Məhz bu dövrdə respublikaya daxili və xarici təhdidlər konkretləşdirilmiş, kəşfiyyat, əks-kəşfiyyat, istintaq, informasiya-təhlil fəaliyyətinin prioritetləri dəqiq müəyyənləşdirilmiş, işin forma və metodları sürətlə təkmilləşdirilmişdir. Bütün bunlar, əməliyyat şəraitinin inkişafı meyllərinin dəqiq proqnozlaşdırılması, nəticə etibarilə çoxsaylı cinayətkar planların və niyyətlərin qabaqlayıcı məlumatlar və tədbirlər əsasında vaxtında qarşısının alınması üçün şərait yaratmışdır. Müstəqillik dövründə Milli Təhlükəsizlik Nazirliyinin əldə etdiyi nəticələri qiymətləndirmək üçün belə bir müqayisə səciyyəvidir ki, nazirlik 1990-cı illərin əvvəllərində - ölkədə xaos və anarxiyanın hökm sürdüyü dövrdə milli təhlükəsizliyi təmin etmək iqtidarında olmayan bir qurumdan bu gün dünyanın aparıcı dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən bərabər tərəfdaş kimi qəbul edilən, xalqın və ölkənin önəmli milli maraqlarını daxili və xarici təhdidlərdən inamla qorumağa qadir olan bir orqana çevrilmişdir. On il öncə millətin təhlükəsizliyinə zəmanət verə bilməyən nazirlik hazırda Azərbaycan Respublikasının ümumdünya və regional təhlükəsizlik sistemlərinin, beynəlxalq antiterror koalisiyasının tamhüquqlu üzvünə çevrilməsində, bu sistemlərin inkişafı və təkmilləşdirilməsi prosesində mühüm rol oynayır. Hörmətli mərasim iştirakçıları! Azərbaycanın təhlükəsizlik orqanlarının ötən 85 il ərzində keçdiyi çox çətin və ziddiyyətli yolun ayrı-ayrı mərhələləri uzunmüddətli, həm də hərtərəfli tədqiqatlar predmetidir. Çünki bu yol ayrı-ayrı nəsillərin müqəddəratından qırmızı xətlə keçir, xalqımızın bütün ötən əsr taleyini və tarixini əks etdirir. Nazirliyin məxfi arxivləri artıq 10 ildən çoxdur ki, heç bir məhdudiyyət qoyulmadan alimlərin üzünə açılmışdır. Xalqın tarixi ilə bağlı heç bir məlumat xalqdan gizli saxlana bilməz. Dəfələrlə bu barədə deyilməsinə baxmayaraq, arxivlərimizdə işləmək icazəsi üçün hələ də yüksək səviyyələrdə dəstək axtaran tədqiqatçılarımıza fürsətdən istifadə edərək, bir daha deyirəm ki, xahiş-minnətə əsla lüzum yoxdur, biz xahiş edirik, gəlin, həftələrlə, aylarla, lazım gəlsə, illərlə araşdırın, tarixi həqiqətləri xalqa çatdırın. Buna görə biz sizə minnətdar olarıq. Təhlükəsizlik orqanlarının ötən əsr tarixinə ən dəqiq, obyektiv qiyməti ömrünün 25 ildən çoxunu bu orqanlarda çalışmış və sıravi əməkdaşdan komitə sədri vəzifəsinə və general rütbəsinədək yüksəlmiş Heydər Əliyev vermişdir. 1997-ci ildə peşə bayramımızın təsis olunması münasibətilə keçirdiyimiz tədbirdə möhtərəm Prezidentimiz öz parlaq nitqində təhlükəsizlik orqanlarının həmin vaxtadək keçdiyi yolun diqqəti çəkən anları və mərhələlərini özünəməxsus həssaslıq və dəqiqliklə vərəqlədi, hər mərhələni ayrı-ayrılıqda dəyərləndirdi.Həmin nitq Azərbaycan təhlükəsizlik orqanlarının XX əsr tarixinin bütün əhəmiyyətli məqamlarını özündə əks etdirən salnaməni xatırladır və mən hesab edirəm ki, respublika təhlükəsizlik orqanlarının 85 illik yubileyinə həsr olunmuş bu təntənəli mərasimdə biz keçilmiş yol barədə məhz həmin salnamə üzrə kifayət qədər səlahiyyətli bilgilər ala bilərik. Beləliklə, ötən əsr tariximizə həmin nitqdən lakonik sitatlar şəklində, xronoloji ardıcıllıqla Heydər Əliyev dəyərləndirmələri: - 1919-cu il mart ayının 28-də ilk dəfə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanı yaradılıbdır. O, demokratik respublika kimi az yaşayıbdır, ancaq tarixi hadisədir. -1920-1921-ci illərdən başlayaraq siyasi repressiyalar, heç bir əsas olmadan ailəliklə, minlərlə, on minlərlə, insanın yerindən-yurdundan Orta Asiyaya, Qazaxıstana, Sibirə sürgün edilməsi xalqımıza dəhşətlər gətirmişdir... Xüsusən 1937-1938-ci illərin repressiyaları Azərbaycan xalqına, onun zəkalı adamlarına, intellektual potensialına çox böyük zərbələr vurmuşdur. Ancaq bu orqanlarda bu siyasət, bu istiqamət 40-cı illərdə və hətta 50-ci illərin əvvəlində də davam etmişdir. -Azərbaycan müttəfiq respublika kimi Sovetlər İttifaqının tərkibində olduğu halda, təəssüflər olsun ki, təhlükəsizlik orqanlarında işləyən adamların tam əksəriyyəti azərbaycanlı deyildi. Azərbaycanlılara qarşı repressiyalar edildiyinə görə, azərbaycanlıların az bir miqdarı belə işlərə buraxılmışdı. -Kim idi o vaxt NKVD-nin başında duran adamlar? Qriqoryan, Markaryan, Topuridze, – yarı erməni, yarı gürcü idi,- Borşşov, sonra uzun illər - 1939-cu ildən 1953-cü ilə qədər Yemelyanov nazir idi. O illərdə Azərbaycanın başında duran adamlar öz xalqına xəyanət edirdilər. Azərbaycanlılara düşmən olan, ancaq bu orqanlarda yüksək vəzifə tutan adamların əli ilə Azərbaycanın dəyərli insanlarını əzirdilər...Bizə, azərbaycanlılara etibar etmirdilər. Təsəvvür edin, 1920-ci ildən sonra bir dəfə Mircəfər Bağırov bu orqanın başında olub - onun da tərcümeyi-halı və Azərbaycan xalqı qarşısında etdiyi cinayətlər sizə məlumdur. Qısa müddət – 1926, 1927, 1928-ci illərdə Novruz Rizayev bu orqana rəhbərlik edibdir. Amma onun başına da sonra çox böyük bəlalar gətiriblər, 1938-ci ildə onu həbs edib öldürüblər. 1956-cı ildə Mircəfər Bağırovun qrupunun məhkəməsi zamanı Novruz Rizayevin istintaq işinin içindən onun Stalinə göndərdiyi bir məktubu çıxmışdı. O, çox cəsarətli, çox əqidəli bir insan kimi, həmin məktubda 1937-1938-ci illərdəki kütləvi repressiyalara qarşı etirazını, hiddətini açıq-aydın bildiribdir. Ona görə də, xatirimdədir, mən Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən biz Novruz Rizayevin adını əbədiləşdirdik. Mən onun fəaliyyəti, tərcümeyi-halı ilə tanış oldum. Çox dəyərli bir insan olmuşdur və xalqına çox sədaqətlə xidmət etmişdir. Ondan sonra bir nəfər də azərbaycanlıya bu orqana rəhbərlik etmək etibar edilməmişdi. Hər millətdən - erməni də, rus da, yəhudi də, gürcü də olmuşdu, amma azərbaycanlı olmamışdı. Mənim işlədiyim dövrü götürürəm. Yemelyanov nazir idi, onu 1953-cü ildə Mircəfər Bağırovla birlikdə çıxardılar, Quskovu göndərdilər. Quskov dörd il işlədi, Kopılov gəldi. Kopılov işlədi, ondan sonra Kardaşov gəldi. Kardaşovdan sonra Sviqun gəldi. Bilirsiniz, bizə etibar etmirdilər. -Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə işlədiyim zaman, bu orqanın başçısı olduğum zaman və ondan sonra Azərbaycan Respublikasının başçısı olduğum zaman Azərbaycan xalqının milli mənafeyinə əks olan heç bir tədbir görülməmişdir. -Təxminən 1953-cü ildən saflaşma, sağlamlaşma prosesi gedibdir və mən də bu prosesin bilavasitə iştirakçısı, son illərdə də təşkilatçısı olmuşam və xoşbəxtəm ki, o vaxtlar bu işləri görə bilmişəm və təxminən 1988-ci ilə qədər Azərbaycanda bu orqanlar, hesab edirəm ki, düzgün mövqedə olublar. Şübhəsiz ki, bu, Sovetlər İttifaqı dövlət təhlükəsizliyi sisteminin bir hissəsi olub, bütün göstərişlər, direktivlər hamısı Moskvadan gəlibdir. Bunlar təbiidir. Ancaq eyni zamanda, həqiqət naminə demək lazımdır ki, bu dövrdə, yenə də qeyd edirəm, 1953-cü ildən sonra bu orqanlarda həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsində, bütün başqa sahələrdə çox gözəl azərbaycanlı kadrlar yetişmişdi, inkişaf etmişdi, bu orqanlar azərbaycanlılaşmışdı. -Bilirsiniz, hər bir insanı, kadrı yetişdirmək böyük vaxt, böyük zəhmət tələb edir. Mən burada, Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyim zamanda bu dövrün hamısını, demək olar, rəhbər işlərdə çalışmışam. Həyatım belə olub ki, ən gənc vaxtlarımdan rəhbər vəzifələrdə işləmişəm. Dövlət Komitəsinin sədrinə qədər aşağı vəzifələrdə də, Azərbaycanın rəhbəri olduğum zaman da çalışmışam ki, milli kadr yetişdirək.Mən bunu tək burada deyil, hər yerdə edirdim. Amma burada xüsusilə. Məsələn, Kənd Təsərrüfatı Nazirliyində bunu etməyə o qədər də ehtiyac yox idi. Amma bura on illərlə, 1920-ci ildən Moskvanın əli altında olduğuna və azərbaycanlılara etimad göstərilmədiyinə görə, - mən bunu, bu tarixi bilirdim, bunlar hamısı gözümüzün qabağında olan şeylərdir, - milli kadrların yetişməsinə çalışırdım. -1994-cü ildən sonra Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin həyatının yeni mərhələsi başlayıbdır. Şəxsən məni qane və məmnun edən odur ki, burada, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində ardıcıl olaraq nizam-intizam yaranır, işçilər öz məsuliyyətini başa düşür, rəhbərlik öz məsuliyyətini dərk edir, sağlam əhval-ruhiyyə, sağlam mühit yaranır. Bu, çox təqdirəlayiq haldır. Böyük öndərimiz həmin tarixi görüşdə bizə bütün gələcək fəaliyyətimizdə rəhbərlik və icra üçün əsas götürdüyümüz tövsiyələr verdi: -İnsanların hüquqlarının qorunması, təhlükəsizliyin təmin olunması, təkcə dövlətin yox, cəmiyyətin, xalqımızın da təhlükəsizliyinin təmin edilməsi sizin vəzifənizdir... Gərək heç kəs ədalətsiz olaraq heç bir məhrumiyyətə məruz qalmasın, heç kəsin mənliyinə toxunulmasın, hər kəsin vətəndaş ləyaqəti qorunub saxlanılsın! Bu, bizim cəmiyyətimizin, dövlətimizin vəzifəsidir. Bunun da icraçılarından biri - ən böyüyü sizsiniz, siz bunu həyata keçirməlisiniz. -Müstəqil Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan dövlətində öz şərəfli yerini tutmalıdır. Azərbaycanın müstəqilliyini qoruyan dövlət atributlarının hər biri bizim üçün əhəmiyyətlidir, hər birinin böyük məsuliyyəti var. Biz Azərbaycanın dövlət atributlarının, dövlət strukturlarının gündən-günə güclənməsini, təkmilləşməsini təşkil etməyə çalışacağıq. Bunların içərisində Milli Təhlükəsizlik Nazirliyi xüsusi yer tutur. Mən çox arzu edərdim ki, keçmişin ən yaxşı ənənələrindən istifadə olunsun. Keçmişin günahları, səhvləri keçmişdə qalmalıdır. Amma yaxşı ənənələr keçmişdə çox olubdur, o ənənələrdən istifadə etmək lazımdır. -Bizim böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç bir yana əyə bilməsin, heç bir böyük dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır. Bu, sizin üçün, Milli Təhlükəsizlik Nazirliyinin işçiləri üçün xüsusilə lazımdır və Ali Baş Komandan kimi, Prezident kimi sizdən bunu tələb edirəm. Nazirdən tələb edirəm ki, mənim bu tələbimin nazirliyin bütün strukturlarında həyata keçirilməsini təmin etsin.Möhtərəm Prezident!Cənab Ali Baş Komandan!Bu gün Sizin rəhbərliyinizlə Azərbaycanda Heydər Əliyev siyasi xəttinin ardıcıllıqla davam etdirilməsi, müstəqil dövlət quruculuğunun Heydər Əliyev ənənələrinə sadiq olaraq, Vətənin xoşbəxt gələcəyi və xalqımızın rifahı naminə səyləriniz milli təhlükəsizlik orqanları əməkdaşlarını daha da əzmlə çalışmağa, hər cür fədakarlığa hazır olmağa sövq edir. Sizin Milli Təhlükəsizlik Nazirliyinə gəlişiniz və şəxsi heyətlə səmimi, işgüzar görüşünüz, işimizə verdiyiniz yüksək qiymət nazirliyin kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmış və respublikamızın təhlükəsizliyinin təmin olunmasında öhdəmizə düşən vəzifələrin yerinə yetirilməsi üçün əlavə məsuliyyət kimi qəbul edilmişdir. Möhtərəm Prezident!Cənab Ali Baş Komandan!Biz - təntənəli yubiley mərasiminin iştirakçıları Heydər Əliyev amallarına sadiqliyimizi bir daha bəyan edir, Sizi və xalqımızı əmin edirik ki, milli təhlükəsizlik orqanları Azərbaycanın taleyüklü vəzifələrinin həyata keçirilməsində bundan sonra da Sizin sadiq silahdaşınız və etibarlı dayağınız olacaq, göstərilən inam və etimadı ləyaqətlə doğruldacaqlar. X X X Sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirildi. Ssenari müəllifi və rejissoru Vaqif Mustafazadə olan filmdə ömrünün 25 ilini təhlükəsizlik orqanlarında çalışaraq xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyevin bu sahədəki fəaliyyətindən, onun ən çətin məqamlarda qəbul etdiyi qərarların əhəmiyyətindən, eləcə də keçmiş Sovet İttifaqı zamanı, 1950-1960-cı illərdə xarici kəşfiyyat orqanları əməkdaşlarının tutulması üçün hazırladığı bir sıra planlardan, onların həyata keçirilməsindən və uğurlu nəticələrindən bəhs olunur. Rusiyanın və Azərbaycanın milli təhlükəsizlik orqanlarının arxivində saxlanılan sənədlər və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin arxiv materialları əsasında çəkilən bu ekran əsərində həmin dövrlərdə Heydər Əliyev ilə birlikdə işləyən milli təhlükəsizlik orqanı əməkdaşlarının söylədikləri xatirələrdə xüsusi planlar barədə maraqlı məlumatlar verilir.Filmdə xalqımızın sevimli oğlu Heydər Əliyevin o zaman mövcud olan çətinliklərə, qadağalara baxmayaraq, milli kadrların yetişdirilməsində, onların irəli çəkilməsində göstərdiyi fədakarlıq, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhlükəsizlik orqanlarının da son yarıməsrlik salnaməsinin məhz ümummilli liderimizin, müstəqil dövlətimizin qurucusunun adı ilə bağlı olması vurğulanır. X X X Təntənəli mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, Milli Məclisin deputatları və digər rəsmi şəxslər, respublika ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub