Azərbaycanın mina problemi BMT-nin Cenevrə ofisində müzakirə olunacaq
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Cenevrə ofisində “İnkişaf naminə minatəmizləmə” adlı yan tədbir keçirəcək.
Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbir BAMF-in Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı layihə çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin (OHCHR) 2024-cü il Sosial Forumu daxilində təşkil olunacaq.
Tədbirlə bağlı açıqlama verən BAMF-in prezidenti Umud Mirzəyev tədbirin təşkilatçıları və müzakirə olunacaq məsələlərdən danışıb. Bildirilib ki, BAMF ilə yanaşı “Sülhün kökləri” (Roots of Peace)” və Beynəlxalq Hüquq və İnkişaf İnstitutu (IRDG) təşkilatlarının ev sahibliyi ilə baş tutacaq tədbirdə minaların və Müharibənin Partlamamış Qalıqlarının (MPQ) səbəb olduğu qlobal böhranın həlli üzrə məsələlər, mina probleminin 18-ci DİM kimi qəbul edilməsi təşəbbüsü və minaların insan hüquqlarına və insanların sosial-iqtisadi həyatına təsirindən danışılacaq.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsinin də iştirak edəcəyi müzakirələrdə BMT agentliklərinin, minaların, silahların, nüvə silahlarının qadağan olunması üzrə beynəlxalq kampaniyaların, mina aksiyası və insan hüquqlarının qorunması çərçivəsində çoxillik təcrübəyə malik dünyanın aparıcı təşkilatlarının nümayəndələri təmsil olunacaqlar.
Qeyd edək ki, layihənin əsas məqsədi minaların insan sağlamlığına və təbiətə vurduğu ziyanlara, xüsusən qlobal sülh və inkişaf üçün yaratdığı maneələrə dair unikal çağırışlara və BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi (SDG/DİM) kimi mina probleminin müəyyən edilməsi təşəbbüsünə dəstək verməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]
Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb
- 14.06.2026 [17:27]
Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]