Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın müasirləşməsi Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, ictimai-siyasi və sosial həyatda tərəqqinin - müasirləşmənin otuz ildən artıq bir dövrünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi həqiqətdir. Heydər Əliyev 1969-cu ilin ikinci yarısında Azərbaycana rəhbərlik etməyə başlayanda respublika həyatın bütün sahələrində tənəzzül dövrünü yaşayırdı. Xüsusilə, iqtisadiyyatı bürümüş dərin böhran hər bir sahədə özünün mənfi nəticələrini göstərirdi. Sosial-iqtisadi baxımdan digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan SSRİ rəhbərliyinin nəzərində ölkənin perspektivsiz əyalətlərindən biri sayılırdı. Moskva hesab edirdi ki, respublikanın məşhur neft yataqları artıq öz əhəmiyyətini itirib və Azərbaycanın əsasən bu sahə ilə bağlı olan iqtisadiyyatının perspektivi yoxdur. Sovet dövlətinin yarandığı ilk vaxtdan başlayaraq bütün ötən illərdə İttifaqı neft və neft məhsulları ilə təmin edən, xüsusilə, İkinci dünya müharibəsində faşizm üzərində qələbədə, sözün həqiqi mənasında həlledici töhfəsi olan (1941-1945-ci illərdə respublikamız ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdi) Azərbaycana qarşı bu cür laqeyd münasibət, yumşaq desək, ən azı çox böyük ədalətsizlik idi.

Respublikanı belə bir ağır vəziyyətdən çıxarmaq tamamilə yeni konseptual səviyyədə yanaşma tələb edirdi. Çünki yüngül və yeyinti sənayesi müəssisələrini çıxmaq şərti ilə, əslində, Azərbaycanın o vaxtkı iqtisadiyyatı bilavasitə neft sənayesi ilə bağlı idi. Belə vəziyyət respublikada ənənəvi təsərrüfat sahələrinin şöhrətini və səmərəliliyini bərpa etməklə yanaşı, çoxşaxəli istehsal istiqamətlərinin yaradılmasını, bütövlükdə iqtisadiyyatın sənaye bazasının genişləndirilməsi və müasirləşdirilməsini nəzərdə tutan dolğun iqtisadi konsepsiyanın işlənib hazırlanmasını tələb edirdi.

Məhz Heydər Əliyevin gərgin səyləri nəticəsində belə bir iqtisadi konsepsiya - Azərbaycanın dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks proqramlar işlənib hazırlandı. Azərbaycanın yeni rəhbəri SSRİ hökumətinin respublika iqtisadiyyatının hərtərəfli tərəqqisini və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərarının qəbul edilməsinə nail oldu. Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirən bu qərarların respublikanın gələcəyi baxımından çox böyük tarixi əhəmiyyəti vardı. Həmin qərarların icrası sənayenin yeni sahələrinin yaranması, çoxsaylı iş yerlərinin açılması, kənd təsərrüfatı istehsalının artırılması, elm və mədəniyyətin inkişafına təkan verilməsi, ən başlıcası isə əhalinin sosial vəziyyətinin yüksəldilməsi demək idi.

1969-cu ilin ikinci yarısı və 1970-ci il Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu. Sonrakı illərdə isə respublikada bütün sahələrdə dinamik inkişaf müşahidə edilirdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonrakı ilk beşillikdə - 1971-1975-ci illərdə 64 yeni iri müəssisə tikilmişdi. Sənaye məhsulu artımının 76 faizi əmək məhsuldarlığının yüksəldilməsi hesabına əldə olunmuşdu ki, bu da ilk növbədə, texniki tərəqqinin sürətlənməsi, əməyin elmi təşkili ilə bağlı idi. Sənayenin strukturundakı keyfiyyət dəyişiklikləri Bakı məişət kondisionerləri zavodu, Sumqayıt kompressor zavodu kimi iri müəssisələrin, habelə respublika üçün tamamilə yeni olan elektron sənayesinin yaranması, neft emalı zavodlarının yenidən qurulmasına və modernləşdirilməsinə başlanması ilə səciyyələnirdi. Sonrakı beşillikdə SSRİ-də məhsul istehsalının həcmi 29 faiz, milli gəlir 25 faiz artmışdısa, Azərbaycanda bu göstəricilər müvafiq surətdə 46 faiz və təqribən 70 faiz təşkil edirdi. Şirvanda məişət cihazları zavodu, Bakıda ayaqqabı fabriki, Gəncədə əlvan metallar zavodu və digər iri müəssisələr istifadəyə verilmiş, Şəmkir SES-in və Azərbaycan DRES-in tikintisinə başlanmışdı. Bakının neftayırma zavodlarında müasir texnoloji qurğuların işə salınması neftayırma sənayesinin inkişafında yeni mərhələnin başlanması demək idi.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikanı müasirləşdirmək siyasətində paytaxtdan kənarda yeni sənaye müəssisələrinin yaradılması xüsusi yer tuturdu. Həmin illərdə təkcə Bakı və Sumqayıtda deyil, digər şəhər və qəsəbələrdə yeni fabriklər, zavodlar istifadəyə verilmişdi. Sənayenin strukturu və yerləşdirilməsindəki bu mütərəqqi irəliləyiş bölgələrin inkişafına təkan verir, iş yerləri açılır, eyni zamanda, həmin yerlərə yeni istehsal mədəniyyəti gətirir, əvvəllər mövcud olmayan peşələrə yiyələnən kadrların hazırlanmasına şərait yaradırdı. Məhz bu siyasətin sayəsində Azərbaycanda sənaye məhsulu istehsalının üçdəbirindən çoxu paytaxtdan kənarda yerləşən müəssisələrin payına düşürdü.

Respublika iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatının inkişafındakı uğurlar xüsusilə diqqətəlayiq idi. Əsas kənd təsərrüfatı məhsullarının istehsalı tam mexanikləşdirilmişdi. 1980-ci ildə respublikanın tarixində görünməmiş miqdarda məhsul yetişdirilmiş, 1136,2 min ton (1970-ci ildə 723,4 min ton) dənli bitkilər, 883,5 min ton pambıq (1970-ci ildə 335,6 min ton), 824,4 min ton tərəvəz (1970-ci ildə 409,9 min ton), 1508 min ton üzüm (1970-ci ildə 351,7 min ton) yığılmışdı. Kənd əməkçilərinin gəlirləri ildən-ilə artır, yaşayış səviyyəsi yüksəlir, rayon mərkəzlərinin və kəndlərin siması getdikcə dəyişirdi.

Xalqın iqtisadi azadlığının onun siyasi müstəqilliyini şərtləndirməsi konsepsiyasının incəliklərinə dərindən bələd olan Heydər Əliyev bilirdi ki, milli dirçəliş ideyalarını, azərbaycançılıq ideologiyasını yalnız iqtisadiyyatın inkişafındakı uğurlar fonunda həyata keçirmək mümkündür. Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovet İttifaqının digər respublikalarında aşkar şəkildə hiss olunduğu bir vaxtda, Heydər Əliyev Azərbaycanda yaradıcı adamlar üçün elə bir şərait yaratmışdı ki, bu, sərbəst düşünməyə və cəmiyyətdə, mədəniyyətdə, ədəbiyyatda gedən prosesləri necə başa düşdüyünü açıq ifadə etməyə, əslində isə, milli mənəvi idealların bərqərar edilməsinə doğru aparan yolları axtarmağa imkan verirdi.

Həmin illərdə xalqımızın görkəmli şəxsiyyətlərinin yubileylərinin ittifaq və respublika miqyasında qeyd edilməsi, milli ruhumuzun ifadəçiləri olan görkəmli xadimlərə abidələr ucaldılması, Azərbaycan dilinə göstərilən qayğı, Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili, müttəfiq respublikalarda və bir sıra xarici dövlətlərdə Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin keçirilməsi, o vaxt Kirovabad adlanan qədim şəhərimizin təzə salınmış yaşayış massivlərindən birinin “Yeni Gəncə” adlandırılması (bu, əslində şəhərin əsl adının necə olmasına işarə idi), mədəni sərvətlərimizin təbliği, qorunub saxlanması, ittifaqda və xaricdə tanıdılması sahəsində görülən əvəzsiz işlər idi.

Bu baxımdan Azərbaycan sovet dramaturgiyasının banisi, əsərlərində ustalıqla incə məsələlərə toxunan Cəfər Cabbarlının və vətənimizin və xalqımızın düşmənlərinin məkrli əməlləri nəticəsində “millətçi” damğası vurulmuş Nəriman Nərimanovun yubileylərinin keçirilməsinin və Bakıda onlara əzəmətli abidələrin ucaldılmasının, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan ilk ali təhsil ocağımızın 50 illiyinin məhz 1969-cu ildə qeyd olunmasının, respublikanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunun təsbit edilməsinin, Hüseyn Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən gətirilərək, şairin doğma yurdu Naxçıvanda dəfn edilməsinin çox böyük rəmzi mənaları vardı.

Özünün bütün fəaliyyətində xalqımızın taleyini düşünən Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın gələcəyi müasir biliklərə yiyələnmiş, geniş dünyagörüşünə malik, milli mənəvi dəyərlərin daşıyıcısı olan kadrlardan asılıdır və onlar gənclər arasından yetişməlidir. Buna görə də o, gənclərə çox böyük diqqət yetirirdi. Respublikanın kadr korpusunun istedadlı gənclər hesabına təzələnməsi üçün əvvəllər görünməmiş səviyyədə tədbirlər həyata keçirilirdi. Müasirləşməkdə olan Azərbaycanın elmi-texniki və mədəni potensialının yüksəldilməsindən, ən zəruri ixtisaslara tələbatın ödənilməsindən ötrü gənclər SSRİ-nin mötəbər ali məktəblərinə göndərilirdi.

Həmin illərdə Sovet İttifaqının 170 ali məktəbinə Azərbaycandan 3500 gənc göndərilmişdi. Eyni zamanda, iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq, respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi də genişləndirilirdi. 1980-ci ildə Azərbaycanda ali məktəblərin sayı 12-dən 17-yə, tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdı. Bu sahədə Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri milli hərbçi kadrların hazırlanması idi. Onun respublikaya rəhbərliyinin ilk illərində yaradılan ixtisaslaşdırılmış internat məktəb (indiki Cəmşid Naxçıvanski adına hərbi lisey) bu işin başlanğıcını qoydu. Hər il həmin məktəbin yüzlərlə məzunu SSRİ-nin ali hərbi təhsil müəssisələrinə daxil olurdu. Azərbaycan rəhbəri gənclərimizin Bakıdakı Ümumqoşun Komandirləri Məktəbində, Sovet İttifaqının ali təyyarəçilik məktəblərində təhsil almağa göndərilməsini xüsusi nəzarətə götürmüşdü. Məhz həmin dövrdə ali hərbi təhsil almış gənclər müstəqilliyin ilk illərində milli ordumuzun zabit korpusunun əsasını təşkil etmişdir.

Heydər Əliyev hər il ittifaqın ali məktəblərinə göndərilən gənclərlə görüşərək dəyərli məsləhətlərini verir və xüsusi vurğulayırdı ki, onlar yüksək səviyyəli təhsil almaqla yanaşı, həm də xalqımızı, Azərbaycan gəncliyini təmsil etməli, milli mənəvi dəyərlərimizi, mədəniyyətimizi təbliğ etməli, respublikamızın şərəfini uca tutmalıdırlar.

O illərdə Heydər Əliyevin elm, mədəniyyət, təhsil, ədəbiyyat, incəsənət sahəsində gördüyü əzəmətli işlər həqiqətən milli özünüdərkin oyanmasının, öz kökümüzə qayıdışın yeni mərhələsinə doğru aparan proseslərin başlanğıcı oldu. Qətiyyətlə deyə bilərik ki, 1969-1982-ci illərdə Azərbaycan sürətli sosial-iqtisadi inkişafla yanaşı, həm də müəyyən mənada milli hisslərin əsl intibah dövrünü yaşamışdır.

Azərbaycanın modernləşməsinin, müasirləşməsinin XX əsrin 70-ci illərini - 80-ci illərinin əvvəllərini əhatə edən birinci mərhələsindəki tərəqqi, yüksəliş heç də asan başa gəlməmişdi və ilk növbədə Heydər Əliyevin siyasi istedadı və cəsarətinin nəticəsi idi.

Azərbaycanın modernləşməsinin birinci mərhələsinin bütövlükdə nəticələrini ümumiləşdirərək deyə bilərik ki, müasir Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, xarici əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır. Ulu öndər Heydər Əliyev özü də sonralar vurğulayırdı ki, Azərbaycanın sovet dönəmində inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır. Şübhəsiz ki, bunda məhz haqqında söhbət gedən illərdə görülmüş işlər həlledici rol oynamışdır.

Tədqiqatçılar belə bir cəhəti də vurğulayırlar ki, həmin dövrdə Azərbaycanda müşahidə edilən sürətli inkişaf prosesi bütövlükdə Sovet İttifaqında iqtisadiyyatda inkişafın ləngidiyi, bəzi sahələrdə isə tənəzzülün olduğu bir vaxtda gedirdi. Ölkədə yaranmış durğunluğu sovet rəhbərliyinin özü də etiraf edirdi və Mixail Qorbaçovun “yenidənqurma” siyasəti də bu durğunluqdan xilas olmağa yönəldilmişdi. Lakin bunun nə ilə nəticələndiyi məlumdur.

Mərkəzləşdirilmiş sovet iqtisadi sistemində nəinki durğunluqdan özünü qorumaq, həm də respublikada bu cür inkişaf potensialı axtarıb tapmaq və onu hərəkətə gətirmək heyrətamiz dərəcədə ağlasığmaz bir iş olsa da, həqiqət idi. Ancaq bu uyğunsuzluğun, təzadlı mənzərənin səbəbləri üstündən iyirmi il keçdikdən sonra üzə çıxdı. Bu səbəbləri isə yalnız və yalnız şəxsiyyətin - Heydər Əliyevin müstəsna rolundan savayı, heç bir başqa amillə izah etmək mümkün deyildir. Lakin Mərkəz özünün ümumi siyasətindən, mövcud meyillərdən, qanunauyğunluqlardan kənara çıxmağı, Azərbaycanın istisna təşkil etməsini görməyə və ən nəhayət, bağışlaya bilməzdi. M.Qorbaçovun Azərbaycana qarşı xəyanətkar mövqeyinin, bu yolda ilk addım kimi artıq o vaxt Moskvada işləyən və özünün nadir şəxsi keyfiyyətlərinə görə ölkənin ali rəhbərliyində açıq-aşkar seçilən Heydər Əliyevi Kremldən uzaqlaşdırmaq niyyətinin köklərini də bununla izah etmək olur.

Heydər Əliyev özü də sonralar bu barədə demişdir: O illərdə - 80-ci illərin ortalarında biz ayrı-seçkiliyə məruz qalırdıq. Mən həm Azərbaycanı, həm də Orta və Mərkəzi Asiyanın bəzi digər respublikalarını nəzərdə tuturam... Özbəkistan və Azərbaycan xalqlarının milli azadlığı və dövlət müstəqilliyi üçün şərait yetişməyə başlayan vaxtlarda son dərəcə çox əngəllər törədilirdi. 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün başlanması da nəinki Ermənistandakı ayrı-ayrı millətçilərin və özgə ərazisini ələ keçirməyə can atan şəxslərin əməlləri idi, həm də böyük bir siyasətin - artıq baş vermiş müsbət proseslərə maneçilik törətməyə yönəldilmiş siyasətin bir hissəsi idi.

Yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra Azərbaycanın müasirləşdirilməsinin yeni mərhələsinə başlamağın əsası qoyuldu. Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi, 1990-cı illərin ortalarında isə həqiqi mənada müstəqil dövlət yaradılması və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatda durğunluq və tənəzzül prosesinin dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi dəyişikliklərə başlandı.

1994-cü ilin sentyabrında aparıcı beynəlxalq neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın modernləşdirilməsinin müasir mərhələsinin başlanğıcı oldu. Heydər Əliyevin respublika Prezidenti kimi fəaliyyətinin ilk günlərindən xarici siyasət Azərbaycanın iqtisadi tənəzzüldən çıxmasının təmin olunmasına yönəldilmişdi. Bu baxımdan Azərbaycana xarici sərmayələrin cəlb olunması üçün göstərilən ilk cəhd kimi, son dərəcə böyük geosiyasi və iqtisadi əhəmiyyəti olan “Əsrin müqaviləsi” xüsusi yer tuturdu.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul olunmuş ilk Konstitusiyası ölkədə yeni iqtisadi sistemə keçidin hüququ əsası oldu və o vaxtdan respublikanın iqtisadi həyatının yeni mərhələsi başlandı.

Heydər Əliyev bazar iqtisadiyyatına keçidi təmin edəcək islahatların dərinləşdirilməsində özəlləşdirməyə həlledici yer verirdi. Kiçik özəlləşdirmə adlanan proses - xidmət sahələrinin, ticarətin, tikinti və nəqliyyatda bir sıra sahələrin özəlləşdirilməsi bazar münasibətlərinə yumşaq keçidi təmin etdi. Bu sahədəki təcrübə orta və iri müəssisələrin özəlləşdirilməsi prosesini uğurla davam etdirməyə imkan verdi.

Lakin ölkə əhalisinin 40 faizdən çoxunun yaşadığı kənd yerlərini bazar münasibətlərinə cəlb etmədən yeni iqtisadiyyatın yaradılması təmin oluna bilməzdi. Bu isə, ilk növbədə, torpağın şəxsi mülkiyyətə verilməsi, kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi - yəni aqrar islahatın aparılması nəticəsində mümkün idi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda çox cəsarətli, keçmiş SSRİ məkanında bənzəri olmayan torpaq islahatının həyata keçirilməsi, əslində, Azərbaycan kəndində bütün təsərrüfat ukladını, kəndin həyat tərzini kökündən dəyişdi.

Heydər Əliyevin iqtisadi strategiyasında ölkəyə xarici sərmayələrin cəlb edilməsi xüsusi yer tuturdu. İlk vaxtlar əsasən Azərbaycanın yeni neft strategiyasının reallaşdırılması ilə bağlı qoyulan xarici sərmayələr getdikcə iqtisadiyyatın digər sahələrinə, infrastruktur layihələrinə də yönəldilirdi. Ölkədə əlverişli sərmayə mühitinin yaradılması, o cümlədən xarici sərmayələrin qorunması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür, müvafiq qanunvericilik bazası yaradılırdı. 1995-2003-cü illərdə ölkə iqtisadiyyatına qoyulmuş 16 milyard dollardan artıq sərmayənin 12,3 milyard dolları və ya 77 faizi xarici sərmayənin payına düşürdü. Təkcə 2000-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 7,5 milyard dollardan çox xarici sərmayə qoyulmuşdu ki, bu da adambaşına götürdükdə bütün MDB məkanında ən yüksək göstərici idi.

Mülkiyyət, maliyyə-bank, valyuta, vergi, məhkəmə-hüquq sahələrində qəbul olunmuş qanunlar iqtisadi münasibətlərin və mexanizmlərin əhəmiyyətli dərəcədə liberallaşmasına, təsərrüfat həyatının dövlət tərəfindən tənzimlənməsinin azalmasına gətirib çıxardı. Ölkədə həyata keçirilən islahatlar artıq 1998-ci ildə hissedilən müsbət nəticələr verməyə başladı. 1991-1995-ci illərdə ümumi daxili məhsulun həcmi 58 faiz, sənaye istehsalı 67 faiz, kənd təsərrüfatı istehsalı 48 faiz azalmışdısa, inflyasiyanın illik səviyyəsi 1400-1800 faiz təşkil edirdisə, 1996-2006-cı illərdə ÜDM 89 faiz, sənaye məhsulu təqribən 32 faiz, kənd təsərrüfatı məhsulları 50 faiz artmış, inflyasiyanın səviyyəsi 23 faizə düşmüşdü.

Heydər Əliyevin yeni neft strategiyasının reallaşdırılması sahəsindəki uğurlar Azərbaycanın intensiv inkişafına yol açdı. Ölkəmiz iri transmilli layihələrin həyata keçirilməsi üçün mühüm geoiqtisadi və geosiyasi məkana çevrilməyə başladı.

Ümummilli lider Heydər Əliyev müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış inkişaf strategiyasını da müəyyən etmiş, öz zəmanəsini qabaqlayaraq, Azərbaycanın qarşısında duran strateji vəzifələri dəqiq göstərmişdi. O, Azərbaycanı mühüm strateji meydan və dünya dövlətləri birliyinin sərfəli iqtisadi tərəfdaşı kimi görürdü.

Bu məqsədlərə nail olmağın yolu isə XXI əsrdə ölkəmizin siyasi, iqtisadi və sosiomədəni gerçəkliyini modernləşdirməkdən keçir. Son illərdə daxili və xarici siyasətdə qazanılmış çox böyük uğurlar indi inkişafın Azərbaycan modeli haqqında danışmağa əsas verir. Ölkənin mövcud reallıqları və perspektivləri sübut edir ki, modernləşmənin Azərbaycanın timsalında çox böyük inkişaf ehtiyatları vardır və onların hərəkətə gətirilməsi ölkənin sürətli tərəqqisinə birbaşa təsir göstərir. Ötən illərdə Azərbaycan iqtisadiyyatının üç dəfə, dövlət büdcəsi gəlirlərinin on dəfədən çox artması düşünülmüş şəkildə, konkret proqramlar əsasında həyata keçirilən iqtisadi və infrastruktur layihələri nəticəsində yaranmış yeni iqtisadi münasibətlərin səmərəli fəaliyyətinin inkaredilməz reallığıdır.

İnkişafın Azərbaycan modelindən bəhs edərkən regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş nəhəng işləri xüsusi vurğulamaq lazımdır. Bu sahədə həyata keçirilən dövlət proqramları inkişaf səviyyəsi baxımından təkcə paytaxtla bölgələr arasında deyil, həm də ayrı-ayrı bölgələr arasında fərqləri tədricən aradan qaldırdı, yüz minlərlə yeni iş yeri açıldı. Qeyri-neft sektorunun sürətli inkişafına güclü təkan verən bu tədbirlər Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, ölkənin tarazlı şəkildə müasirləşdirilməsi baxımından da çox böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən bəri ölkədə 900 mindən çox, o cümlədən 700 minə qədər daimi iş yeri açılmışdır ki, bunun da əksəriyyəti bölgələrin payına düşür. İqtisadiyyatda özəl bölmənin payı 80 faizdən yuxarıdır.

Prezident İlham Əliyev Azərbaycanın müasirləşdirilməsinin başlıca məqsəd olduğunu dəfələrlə bildirmişdir. Dövlətimizin başçısı 2011-ci ilin fevralında respublikamızın qərb bölgəsinə səfəri zamanı bunu bir daha vurğulayaraq demişdir ki, biz ölkəmizi hər cəhətdən müasirləşdirməliyik. Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkəyə çevrilməlidir, bu, bizim məqsədimizdir. Dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil və Azərbaycanın bütün meyarlar üzrə bu sıraya daxil olmağa imkanları vardır.

Qlobal transformasiyaların baş verdiyi müasir dövrdə Azərbaycanın daxili və xarici siyasətinin gündəliyində əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xətt - modernləşdirilmiş iqtisadiyyatı, vətəndaş cəmiyyəti və liberal ənənələri olan suveren dövlət qurmaq xətti öz ifadəsini tapır. Bu isə postindustrial cəmiyyətə, informasiya cəmiyyətinə aparan yoldur.

Aslan Aslanov

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın)

Baş direktoru

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb