Azərbaycanın müdafiə naziri Anıtqəbiri ziyarət edib
Bakı, 28 mart, AZƏRTAC
Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir mavzoleyini ziyarət edib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Atatürkün xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Müdafiə naziri Zakir Həsənov Anıtqəbirin xatirə kitabına ürək sözlərini yazıb.