AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ AVROPA OLİMPİYA KOMİTƏSİNİN BAŞ ASSAMBLEYASINDA İŞTİRAK EDƏCƏKDİR
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin başçılığı ilə Azərbaycanın nümayəndə heyəti Avropa Olimpiya Komitəsının Valensiyada keçiriləcək 36-cı Baş Assambleyasında iştirak edəcəkdir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, assambleyada BOK-un, AOK-un təmsilçilərinin hesabatları dinləniləcək, 2008-ci (Pekin), 2010-cu (Vankuver), 2012-ci (London), 2014-cü (Soçi) illərin Yay və Qış Olimpiya Oyunlarına hazırlıq işlərinin təqdimatı keçiriləcəkdir. 2016-cı ildə Olimpiadanı ölkəmizdə keçirmək niyyəti ilə bağlı həmin təqdimatlar Azərbaycan üçün çox maraqlıdır.
Tədbirin sonuncu günü, dekabrın 1-i Avropa Gəncləri Olimpiya Komitəsinə həsr olunacaqdır. Həmin gün Gənclərin 2009-cu ildə Polşada keçiriləcək Qış və Finlandiyada keçiriləcək Yay Olimpiya festivallarına hazırlığın gedişi haqqında məruzələrin dinlənilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]