AZƏRBAYCANIN OTÜSTÜ XOKKEY ÜZRƏ KİŞİLƏRDƏN İBARƏT YIĞMA KOMANDASI AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDİR
Bakı, 28 iyul (AZƏRTAC). Zaqreb şəhərində otüstü xokkey üzrə kişilər arasında Avropa çempionatı başlanmışdır.
Üçüncü dərəcəli Çelenc divizyonu yarışlarında Azərbaycan yığma komandası “A” qrupunda Portuqaliya və Danimarka yığmaları ilə birlikdə iştirak edir. Bu qrupda Türkiyə komandası da yarışmalı idi. Lakin son anda Türkiyə yığması yarışmadan imtina etmişdir.
Portuqaliya ilə ilk görüşdə Azərbaycan yığması 0:0 hesabı ilə kifayətlənmişdir. Bundan əvvəl isə Portuqaliya Danimarkaya 5:3 hesabı ilə qalib gəlmişdir.
Beləliklə, portuqaliyalıların 4, Azərbaycan yığmasının isə 1 xalı vardır. Danimarkanın xalı yoxdur. Qruplarda ikinci yerləri tutan komandalar yarımfinala çıxacaqlar, qaliblər isə Trofi divizyonuna vəsiqə qazanacaqlar.
İyulun 28-də Azərbaycan xokkeyçiləri Danimarka komandası ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]