SİYASƏT
Azərbaycanın Polşadakı səfirliyində səsvermə prosesi uğurla davam edir
![](/files/galleryphoto/2024/1/1200x630/17073148892235218476_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073148893389434780_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073148893372044656_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073148894499620764_1200x630.jpg)
Vyana, 7 fevral, AZƏRTAC
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycanın Polşadakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 55 saylı seçki məntəqəsində səsvermə prosesi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, vətəndaşların fəal seçki hüququ barədə məlumatlandırılması üçün səfirliyin internet səhifəsində və sosial şəbəkələrində məlumatlar yerləşdirilib, diaspora təşkilatları ilə fəal iş aparılıb və konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarına elektron məlumat göndərilib.
Məntəqədə səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və müvafiq qanunvericilik aktlarına uyğun qaydada həyata keçirilir. Fəal seçki hüququna malik seçicilərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyasının bir neçə dəfə iclası keçirilib. Seçki məntəqəsi lazımi əyani vəsait və şəraitlə təmin edilib.
Davam edən səsvermə prosesində vətəndaşlarımızın fəallığı müşahidə olunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana