AZƏRBAYCANIN QADINLARDAN İBARƏT OTÜSTÜ XOKKEY KOMANDASI FİNALA VƏSİQƏ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Bakıda Otüstü Xokkey Kompleksində qadınlar arasında Olimpiya seçmə turniri çərçivəsində növbəti oyunlar başa çatmışdır.
Günün son qarşılaşması Azərbaycan və Ukraynа komandaları arasında keçirilmişdir. Xokkeyçilərimiz gərgin keçən mübarizədə üstünlüyü əldən verməmiş və finala vəsiqə qazanmışdır. Azərbaycan komandası Ukrayna təmsilçilərini 5:0 hesabı ilə məğlub etmişlər. Xokkeyçilərimiz finalda İspaniya millisi ilə qarşılaşacaqdır.
Günün digər qarşılaşmalarında Çili komandası Belarus yığmasını 3:1, ispaniyalılar isə Keniya komandasını 9:0 hesabı ilə məğlubiyyətə uğratmışlar.
Aprelin 20-də keçiriləcək son görüşlərdə Belarus və Keniya komandaları 5-ci, Ukrayna və Çili yığmaları isə 3-cü yer uğrunda yarışacaqlar. Günün ən gərgin mübarizəsi isə Azərbaycanla İspaniya milliləri arasında Pekin Olimpiya Oyunlarına vəsiqə uğrunda keçiriləcəkdir.
Elə həmin gün oyunlar yekunlaşdıqdan sonra qalib komandalar mükafatlandırılacaqdır.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]

