Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu şərəfli yol keçmişdir

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu qazanmasının 90 illik yubileyi tamam olur. Bu münasibətlə AZƏRTAC AMEA Naxçıvan bölməsinin sədri, Milli Məclisin deputatı akademik İsmayıl Hacıyevin məqaləsini təqdim edir.

Ulu öndər Heydər ƏLİYEV: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq.

Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik olan muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır...”

Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsidir. Bunu nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında 2014-cü ili Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan etmişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətin və kəşməkəşli tarixi inkişaf yolu keçmişdir. Vaxtı ilə coğrafi cəhətdən ölkəmizin mərkəzi ərazilərindən olan Naxçıvan XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşmüş, onunla sərhədi ərazi itirməsi hesabına ləğv olunmuşdur. İri kapitalist dövlətlərinin, xüsusilə bolşevik Rusiyasının məqsədi Naxçıvanı Ermənistana vermək, bununla türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək idi. Erməni daşnakları isə yaranmış şəraitdən istifadə edərək Azərbaycanın bir sıra torpaqlarını “böyük Ermənistan”a qatmaq siyasəti aparmışlar. Onların bu niyyətlərində Naxçıvanın zəbt edilməsi ilk planda dururdu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ingilislərin və amerikanların dəstək və yardımlarından istifadə edən erməni millətçiləri Naxçıvanı işğal etməyə çalışmışlar. Lakin qəhrəman naxçıvanlıların mərdlik və igidliklə apardıqları mübarizə məkrli düşmənlərin niyyətlərinin reallaşmasına imkan verməmişdir. Naxçıvanın qəhrəman əhalisi bu diyarı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etmiş, Ana Vətənə birləşmək uğrunda inadla mübarizə aparmışdır.

Naxçıvanlıların qəhrəmanlığından bəhs edən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli Azərbaycan parlamentindəki çıxışında demişdir: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar”.

Ermənistanın Naxçıvana olan iddialarının artdığı bir dövrdə - 1918-ci il iyulun 7-də Kazım Qarabəkir Paşanın başçılığı ilə türk ordusu Naxçıvana gəldi və erməni özbaşınalığının qarşısını aldı. Lakin Birinci Dünya müharibəsində məğlub olduğuna və Mudros müqaviləsinin şərtlərinə görə, türk qoşunları Azərbaycanı, eləcə də Naxçıvanı tərk etməli oldu. Bu zaman naxçıvanlılar qarşısında çıxış edən Kazım Qarabəkir Paşa bildirdi ki, “Naxçıvanın gələcək müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması vacib və zəruridir. Zatən siz naxçıvanlılar milli azadlıq mübarizəsində tarixə şanlı səhifələr yazmışsınız. Dövlətçilik hüququna və ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş meydanlarında düşmənə qələbə çalaraq qazanmışsınız. Şərqin qapısında, Naxçıvanda bir cümhuriyyət qurulmalıdır”.

Naxçıvanlılar bu diyarı erməni işğalından qorumaq üçün 1918-ci il noyabrın 3-də Araz-Türk Respublikası adlı cümhuriyyət yaratdılar. Araz-Türk Respublikası hökumətinin tərkibi sədrdən və 6 üzvdən ibarət idi. Hökumətin sədri Əmir bəy Əkbərzadə olan bu respublikanın ərazisinə Naxçıvan qəzası, Ordubad dairəsi, Sürməli qəzası, Üçmüəzzin qəzasının bir hissəsi, Sərdarabad, İrəvan qəzasının bir hissəsi - Uluxanlı, Qəmərli, Vedi, Şərur-Dərələyəz qəzası, Mehri bölgəsi daxil idi. Sahəsi 8696 kvadratkilometrə çatırdı. Əhalisi bir milyon nəfərdən artıq idi.

Araz-Türk Respublikasının yaradılmasında başlıca məqsəd bölgənin erməni işğal altına düşməsinə imkan verməmək idi. Hökumətin rəhbərliyi bu istiqamətdə fəal iş aparırdı. Araz-Türk Respublikasının hərbi qüvvələrinin yaradılması və formalaşdırılmasında hərbi nazir İbrahim bəy Cahangiroğlunun böyük əməyi olmuşdu. Onun köməyi ilə qısa müddətdə silahlı qüvvələr təşkil edilmiş, 500 nəfərlik süvari alayı yaradılmışdı. Könüllü xalq dəstələri təxminən 20 tabordan ibarət idi. Taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Zəngibasar, Vedibasar və Qəmərlidə yerləşdirilmişdi.

Baş Noraşen, Düdəngə və Zeyvədə yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən taborlara Həsən Şahverdi oğlu, Ordubaddakı tabora İbrahimxəlil Axundov, Nehrəm taboruna Kəlbə Muxtar, Cəhri taboruna Kəlbə Kərim, Dizə taboruna Məmmədrza bəy, şəhər taboruna Hüseyn Əliyev komandanlıq edirdi. Respublika əhalisinin öz müstəqilliyini qorumaq əzmi o qədər böyük idi ki, doğma ocaq və torpaqlarını müdafiə edən könüllü dəstələr işğalçıları təkcə darmadağın etmir, eyni zamanda İrəvanın özünü qorxuya salırdı.

Respublika ərazisində milis idarələri və onların sahə şöbələri də yaradılmışdı. Bütün qüvvələr Naxçıvanın qorunmasına və idarə olunmasına yönəlmişdi. Könüllü müqavimət dəstələri erməni daşnaklarına layiqli cavab vermişdi. Xüsusilə Şərur-Dərələyəz mahalındakı Zeyvə kəndi yaxınlığında baş verən döyüşdə Kalbalı xanın rəhbərliyi ilə 6 min nəfərlik könüllü müqavimət dəstələri erməni hərbi qüvvələrini darmadağın etmişdilər.

Aralarındakı müəyyən fikir ayrılıqlarına baxmayaraq, Naxçıvanın müdafiəsində Cəfərqulu xan, Kalbalı xan, Kərim xan, Rəhim xan, Kamran xan və yerli ziyalılar çox böyük xidmətlər göstərmişlər. Kalbalı xan respublika silahlı dəstələrinə komandanlıq edir, erməni hücumlarının qarşısını alırdı.

1919-cu ilin yanvarında ingilislər Naxçıvana gəldilər və burada general-qubernatorluq yaratdılar. Bir aydan sonra Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri də Naxçıvana gəlib çıxdılar. Keçirilən müzakirələrdə siyasi, hərbi, iqtisadi, maddi və mədəni məsələləri özündə birləşdirən akt tərtib edildi. Bu akt Naxçıvanın könüllü surətdə AXC-yə birləşməsi haqqında idi.

Naxçıvan əhalisi diyarın ingilislər tərəfindən Ermənistana verilməsinə qarşı mübarizəyə qalxdı. Bununla əlaqədar Naxçıvan Müsəlman Milli Şurasının üzvləri ingilis general-qubernatoruna məktub göndərərək öz qəti etirazlarını bildirdilər. Məktubda Araz-Türk Respublikası əhalisinin “bütün dünyanın və bütün mədəni qüvvələrin azad həyat, xalqların öz müqəddəratını həll etmək hüququ haqqında qışqırdıqları bir vaxtda azərbaycanlılar bizdən heç bir cəhətdən üstün olmayan, əksinə, bir çox hallarda bizdən geri qalan ermənilərin qulu ola bilməzlər” fikrinə gəlməsi faktı və səbəbləri öz əksini tapmışdır.

Naxçıvandakı ingilis missiyası ermənilərin respublika hüdudlarına hücumuna mane olmurdu və onların fəaliyyətində ikili siyasət özünü açıq-aşkar göstərirdi. İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, maliyyə və silah vəd edir, digər tərəfdən isə diyarın daşnak Ermənistanın hakimiyyətinə verilməsi təklifi ilə çıxış edirdilər. Naxçıvan əhalisi bu siyasətə qarşı inadla mübarizə aparırdı.

Naxçıvan Milli Şurasının sədri Azərbaycan Respublikası xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi məktubda yazırdı. Biz özümüzü Azərbaycanın ayrılmaz hissəsi hesab edirik və əminik ki, hər hansı səbəbdən hərbi qüvvə ilə kömək edə bilməsə də, heç olmasa top, tüfəng və patronla Azərbaycan bizə kömək edəcəkdir. Hətta Azərbaycan bundan da imtina etsə, biz bu yolda canımızdan keçəsi olsaq belə, müqəddəs vədimizi yerinə yetirəcəyik.

İngilis nümayəndələri Naxçıvanı erməni “idarəçiliyinə” vermək üçün çox canfəşanlıq göstərirdi. Müsəlman Milli Şurası və Naxçıvan əhalisi buna qəti etiraz edirdilər. Əhalinin bir müraciətində deyilirdi: “Ermənilərə tabe olmaqla biz təkcə özümüzü yox, həm də ömrü boyu bizə lənətlər oxuyacaq nəslimizi alçaltmağa və təhqirə məruz qoyuruq və buna görə də əlahəzrət general Devinin bizim Naxçıvan, Şərur və Vedibasar rayonlarımızın müvəqqəti də olsa, erməni hökumətinin idarəsinə verməsinə biz Allah tərəfindən bütün diyarın əhalisinə bəxş edilmiş azadlıq, arzu və meyillər üzərində zorakılıq faktı kimi baxırıq”.

İngilis komandanlığının və Ermənistan hökumətinin qərarlarına tabe olmayan naxçıvanlılar erməni işğalçılarına qarşı silahlı mübarizə aparırdılar. Respublikada süvari dəstələrindən, top və pulemyotları olan 6 min əsgərdən ibarət yarınizami qoşun yaradılmışdı. Hərbi əməliyyatlar zamanı onların sayı təxminən on min əsgərə və silahlı könüllülərə çatdırıldı.

Erməni qoşunları dəfələrlə Naxçıvana hücum etmiş və layiqli cavablarını almışdılar. Naxçıvanın şəhər və kəndlərinə hücumlarda təkcə düşmənin nizami qoşunları deyil, erməni əhalisi də iştirak edirdi. Ermənilər general-qubernatorluq elan etsələr də, nə ingilis nümayəndələri, nə də general-qubernator şəhərdə yerləşə bilməmiş, şəhərdən 3 kilometr uzaqdakı hərbi kazarmaya yığışmışdılar. Kalbalı xanın başçılığı ilə xalq qoşunu daşnak qüvvələrini darmadağın edib Naxçıvandan və onun ətraflarından qovdular.

Bu zaman ermənilər bir neçə min adam, iki top, səkkiz pulemyot və bir zirehli qatar itirdilər. 800 erməni əsgəri və 8 zabiti əsir alındı. Bundan istifadə edən respublika hökuməti öz nümayəndəsi Səməd bəy Cəmillinskini müvəqqəti general-qubernator təyin etdi, diyarı idarə etmək üçün zəruri olan dövlət idarələri yaradıldı. S.Cəmillinskinin əmri ilə Xəlil bəy diyar qoşunlarının baş komandanı, Kalbalı xan isə onun köməkçisi (eyni zamanda Naxçıvan qoşun dəstəsinin komandiri) təyin olundu.

1919-cu ilin yayında Naxçıvanda olan amerikalı polkovnik Rey Naxçıvan Milli Şurasının sədri Cəfərqulu xanla danışıqlar apardı. Polkovnik V.Haskel Naxçıvan, Şərur və Dərələyəz qəzalarında xüsusi zona və bu ərazidə Amerika general-qubernatorluğu yaratmaq istəyirdi. Bununla əlaqədar V.Haskel öz layihəsini N.Yusifbəyliyə təqdim etdi. Bu xəbəri Cənub-Qərbi Azərbaycan müsəlmanlarının ümumi iclasının sədri Əli Səbri Qasımov, yerlilər cəmiyyətinin sədri Z.Məmmədov və nümayəndə heyətinin üzvü A.Nəcəfov hazırladıqları 10 maddəlik tələbnaməni N.Yusifbəyliyə təqdim etdilər. Bu tələblərin əsasında Naxçıvanı Azərbaycanın tərkibində saxlamaq fikri dayanırdı.

1919-cu il sentyabrın əvvəllərində Naxçıvan nümayəndələri Ə.S.Qasımov və K.M.Əsgərov polkovnik V.Haskelə 10 bəndlik memorandum təqdim etdilər. Görüş zamanı V.Haskel Ə.S.Qasımovdan soruşdu ki, Naxçıvanın və digər regionların əhalisi bu ərazilərin erməni hökumətinə verilməsinə necə baxar? Əli Səbri Qasımov bildirdi ki, əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti bütün qüvvələri ilə rədd edərlər.

Naxçıvan əhalisi polkovnik Reyə bildirdi ki, onlar azərbaycanlı general-qubernatordan başqa heç kimi tanımaq istəmirlər. Əhalisi Azərbaycan türkləri olan Naxçıvan, Şərur, Dərələyəz rayonları, Vedibasar və Milistan Azərbaycanın ayrılmaz hissəsidir.

Delli və Reyin missiyası süquta uğradı, amerikanların Naxçıvanda möhkəmlənmək cəhdi baş tutmadı.

1920-ci ilin martında türk hərbi dəstələri Naxçıvana gəldilər. Kalbalı xan Türkiyənin yüksək hərbi ordeni ilə təltif edildi. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi idarəsi isə daşnaklarla döyüşlərdə göstərdiyi igidliyə görə ona general-mayor rütbəsi verdi.

1920-ci ilin aprelində Azərbaycan XI Qırmızı Ordu tərəfindən işğal olundu, Azərbaycan Xalq Cümhuriyyəti devrildi və Azərbaycanda Sovet hakimiyyəti bərqərar edildi. Naxçıvanda Sovet hakimiyyəti iyulun 28-də elan edildi və Hərbi İnqilab Komitəsi yaradıldı. Bir neçə gündən sonra - avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri M.Bektaşov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanova belə bir məktubla müraciət etdi: “Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir”.

Çox qəribədir ki, Naxçıvanda olan bolşevik ordusu həm Ermənistanla müharibə aparır, həm də onlarla siyasi və diplomatik danışıqları davam etdirirdi. Bu danışıqlarda Azərbaycanın hətta mübahisəsiz torpaqlarının Ermənistana verilməsi məsələsi müzakirə olunurdu. Bundan xəbər tutan N.Nərimanov Leninə göndərdiyi məktubda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda həmin mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir...”

Naxçıvanın azərbaycanlı əhalisinin qətiyyətli mövqeyi və mübarizəsi ermənilərin Naxçıvanla bağlı planlarını pozdu. Bu işdə iri dövlətlər də onlara kömək göstərə bilmədilər. Məkrli niyyətlərini hələlik pərdələyən ermənilər və Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil (Azərbaycanın tərkibində yox - İ.H.) sovet respublikası kimi tanımış və bu diyar ilə əlaqədar iddialarından imtina etmişdilər.

Beləliklə, bölgə əhalisi 1918-1920-ci illərdə misilsiz çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərərək milli ləyaqəti uca tutdular, diz çökmədilər, erməni silahlı quldur dəstələrinə layiqli cavab verdilər. Bu məsələdən danışan Ermənistanın birinci baş naziri O.Kaçaznuni 1923-cü ildə etiraf edirdi ki, “Müsəlman Naxçıvanı və Şərurunda,... müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub olduq və geri çəkildik”.

Naxçıvan diyarının əhalisi özlərini Azərbaycandan ayrı təsəvvür etmirdilər. Onlar hələ o vaxt öz qəti fikirlərini belə ifadə etmişdilər: “Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz”.

1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin keçirdikləri rəy sorğusunda Naxçıvanın 90 faiz əhalisi mahalın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi.

Naxçıvanın Azərbaycanın tərkibində qalmasında B.Şahtaxtinskinin də böyük əməyi və tarixi xidməti olmuşdur. O, 1921-ci il martın 1-də Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan rahatsızlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Güney Qafqazda sərhəd məsələləri və xüsusilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Bu zaman Türkiyə nümayəndələrinin Rusiya ilə apardığı danışıqlarda Naxçıvan məsələsinə də önəm verilirdi.

Beləliklə, referendumun nəticəsi, B.Şahtaxtinskinin təklifi, Türkiyə tərəfinin tələbi ilə Naxçıvan üzərində Azərbaycanın suverenliyinin təmin edilməsi və nəhayət, Naxçıvan əhalisinin illər boyu apardığı inadlı mübarizə Naxçıvanın Azərbaycanın tərkibində qalması ilə nəticələndi. 1921-ci il martın 16-da Siyasi Büro Azərbaycanın himayəsində Naxçıvan Sovet Respublikasının təşkili barədə qərar qəbul etdi və həmin gün imzalanan Moskva müqaviləsinin 3-cü maddəsində də bu cəhət öz əksini tapdı: “Naxçıvan vilayəti bu müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir”.

Güney Qafqaz respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqaviləsi (1921, 13 oktyabr) Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqlədi və onun sərhədlərini qəti surətdə müəyyənləşdirdi. Beləliklə, 1917-ci ildən mübarizə aparan naxçıvanlıların arzuları gerçəkləşdi, bölgənin ərazi mənsubiyyəti məsələsi Azərbaycan üçün qanuni və ədalətli qaydada həll olundu.

1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr getmişdi. Bu müzakirələrdə bir məsələ aydın idi ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti - geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvanın Azərbaycandan aralı düşməsi, heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. 1923-cü il iyunun 16-da Naxçıvan muxtar diyar (ölkə) adlandırıldı. 1924-cü il yanvarın 4-də Zaqafqaziya MİK onu Naxçıvan MSSR elan etdi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul etdi.

Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar respublika kimi göstərilmişdir.

Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu oldu. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.

Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasında Naxçıvan muxtar dövlət kimi ifadə olunmuş və onun Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika olduğu təsbit edilmişdir.

Müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri dövlət səviyyəsində qeyd olunmuş, 1949-cu ildə muxtar respublikanın 25, 1964-cü ildə 40, 1974-cü ildə 50 illik yubileyləri keçirilmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi qeyd edilmişdir. Yubiley tədbirlərində iştirak edən və təntənəli yubiley iclasında nitq söyləyən ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

Ulu öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə 85 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir.

Naxçıvan Muxtar Respublikasının 85 illik yubiley tədbirlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanın muxtariyyət statusunun ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyətə malik olduğunu bildirərək demişdir: “Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin”.

Bu gün muxtar respublikanın statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyət daşıya biləcək məqam əks olunmuşdur. Sənəddə həmin hissə Ali Məclis Sədrinin tövsiyəsi ilə hazırlanmış və nümayəndə heyəti tərəfindən Memoranduma daxil edilmişdir.

Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına, habelə hazırda qüvvədə olan iki beynəlxalq müqaviləyə əsaslanır. Bundan başqa, qeyd edilmişdir ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunmuşdur. Maddənin sənədə salınması Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir.

İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci il Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir. Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün mühüm olan beynəlxalq müqavilənin hüquqi qüvvəsinin Avropa Şurası kimi nüfuzlu bir beynəlxalq təşkilat tərəfindən tanınması, şübhəsiz ki, ölkə və muxtar respublika rəhbərliyinin bu sahədə apardığı fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, regionu çiçəklənən diyara çevirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 18 il ərzində hərtərəfli inkişaf edir, əsl intibah dövrünü yaşayır. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş vermiş və bu işlər indi də sürətlə və ardıcıl davam etdirilir.

Naxçıvanın muxtar respublika statusu bu bölgənin 90 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı oldu

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək