Azərbaycanın rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacaq
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 31-36° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək, bəzi dağlıq və dağətəyi ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 30-35° isti, dağlarda gecə 14-18°, gündüz 18-23° isti olacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:29]
FHN-in Bakı Regional Mərkəzi təlim keçirib
- 17.06.2026 [11:21]
Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb
- 17.06.2026 [11:06]
Ölkə üzrə elektron xəstəlik vərəqəsi sisteminin tətbiqi başa çatdırılıb
- 17.06.2026 [11:05]
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
- 17.06.2026 [10:56]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
- 17.06.2026 [09:29]
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]