Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Səhiyyə Nazirliyinin yaradılmasından 95 il ötür
17 iyun-tibb işçilərinin peşə bayramıdır

Bakı, 17 iyun (AZƏRTAC). İyunun 17-si Azərbaycanda səhiyyə işçilərinin peşə bayramıdır. Tibb işçilərinə bu bayram ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə bəxş edilmişdir.

Ölkəmizdə ilk Səhiyyə Nazirliyinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövrünə təsadüf edir. AXC hökuməti 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı qərar qəbul etmişdir. Qərara əsasən, nazirliyin şəhər və məhkəmə tibbi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri yaradılmışdır.

Azərbaycanın ilk səhiyyə naziri vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş cərrah Xudadat bəy Rəfibəyov təyin edilmişdir. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açılmış, yeni tibb ocaqlarının və laboratoriyaların tikintisinə başlanılmış və yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülmüşdür.

AXC dövründə Azərbaycan səhiyyəsinə dövlət qayğısının yüksək olmasına baxmayaraq ilk addımlarını atan respublikanın qarşılaşdığı sosial-iqtisadi və siyasi problemlər onun fəaliyyətinə ciddi təsir edirdi. Bu amil səhiyyə nazirlərinin tez-tez dəyişməsində də özünü göstərirdi. 1919-cu ildə səhiyyə naziri vəzifəsinə Y.Y.Gindes təyin olundu. Azərbaycanda pediatriyanın əsasını qoyan Y.Gindes rus, alman və fransız dillərində 170-ə yaxın elmi əsərin müəllifi, Azərbaycanın əmək qəhrəmanı olmuşdur. Onun nazir olduğu dövrdə ölkənin digər bölgələrində də pulsuz xəstəxanalar açılmış, pediatriya sahəsi inkişaf etmişdir. Y.Gindes öz hesabına Buzovnada Sümük vərəmi sanatoriyası tikdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu səhiyyə naziri isə M.Rəfiyev olmuşdur.

AXC hökuməti səhiyyə sahəsində milli kadrların hazırlanması işinə xüsusi diqqət yetirmişdir. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdir. Lakin bu, kifayət etmirdi. Ancaq AXC hökumətinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərarından sonra vəziyyət dəyişmişdir. Azərbaycanda tibb elminin inkişafı bu təhsil ocağının açılması ilə sürətlənmişdir. Universitetin tibb fakültəsini bitirənlər arasında gələcəyin görkəmli alimləri yetişmişdir.

AXC-in süqutu və ölkədə sovet hakimiyyətinin qurulmasından sonra Xalq Səhiyyə Komissarlığı yaradılmışdır. Yeni Komissarlığın vəzifəsi respublikada geniş yayılmış vəba, çiçək, malyariya, qarın yatalağı, qızılca kimi yoluxucu xəstəliklərlə mübarizə aparmaq idi. Bu və digər sahələrdə islahatlar aparmaq üçün səhiyyə komissarı (səhiyyə naziri) vəzifəsinə 1921-ci il noyabrın 28-də M.Qədirli təyin edilmişdir. Onun səhiyyə komissarı kimi fəaliyyət göstərdiyi dövrdə vahid tibbi-səhiyyə sistemi yaradılmış, kadr hazırlığına, kənd səhiyyəsinin yüksəldilməsinə, əhalinin dərman təminatının yaxşılaşdırılmasına, qadın və uşaqlara tibbi xidmətin inkişafına xüsusi fikir verilmişdir. Bir çox qəza mərkəzlərində, böyük yaşayış məntəqələrində xəstəxanalar, ambulatoriyalar, apteklər və digər tibb müəssisələri təşkil olunmuşdur.

Azərbaycanda 1922-ci ildə sanitar-epidemioloji təşkilat yaradılmışdır. Sonralar bu təşkilatın əsasında Virusologiya, Mikrobiologiya və Gigiyena Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdir. 1923-cü ildə Bakıda Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutu, bundan 3 il sonra Mərkəzi Dəri-Zöhrəvi Dispanseri yaradılmışdır. 1927-ci ildə Ana və Uşaqları Mühafizə, 1931-ci ildə Tibbi Parazitologiya və Tropik Xəstəliklər, 1935-ci ildə Kurortologiya və Fizioterapiya, 1941-ci ildə Rentgenologiya, Radiologiya və Onkologiya institutları açılmışdır.

Azərbaycanın səhiyyə tarixində xüsusi yeri olan Əziz Əliyev də bu sahədə çox ciddi fəaliyyət göstərmiş ictimai xadimdir. Bu tədbirlərin bir çoxu onun Xalq Səhiyyə Komissarlığında əvvəl müalicə şöbəsinin müdiri, sonra isə xalq səhiyyə komissarı kimi fəaliyyətinin nəticəsidir. Əziz Əliyevin 1932-ci ildə əsasını qoyduğu təkmilləşdirmə kursu 1935-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna çevrilmişdir. Hazırda Əziz Əliyevin adını daşıyan institut o zaman ixtisaslı tibb kadrlarının hazırlanmasında və onların təcrübələrini artırmasında böyük rol oynamışdır.

Azərbaycanın ilk qadın səhiyyə naziri professor Kübra Fərəcova 1938-1939-cu illərdə xalq səhiyyə komissarı, 1947-50-ci illərdə isə Azərbaycan SSR-in səhiyyə naziri olmuşdur. Tədqiqatları pediatriyanın aktual məsələlərinə həsr olunan K.Fərəcova 1950-1980-ci illərdə Ana və Uşaqları Mühafizə İnstitutuna rəhbərlik etmişdir.

Böyük Vətən Müharibəsinə qədərki dövrdə Azərbaycanda sanitariya xidmətinin yaxşılaşdırılması üçün xeyli işlər görülmüş, sanitar-epidemioloji stansiyalar yaradılmışdır. İlk belə stansiya 1938-ci ildə Gəncədə təşkil olunmuşdur.

Böyük Vətən müharibəsi illərində Azərbaycanın səhiyyə orqanları, müəssisələri, həmçinin ali və orta məktəblərinin, elmi-tədqiqat müəssisələrinin işi yenidən qurulmuşdur. İxtisaslaşdırılmış hospitalların fəaliyyətində yüksək göstəricilərin əldə edilməsində azərbaycanlı alimlərin böyük rolu olmuşdur. Onlardan M.Topçubaşov, M.Mirqasımov, İ.Şirokoqorov, Ü.Musabəyova və başqaları xüsusilə fərqlənmişlər.

Böyük Vətən müharibəsindən sonra əlillərin reabilitasiyası üçün 1946-cı ildə Ortopediya və Bərpa Cərrahiyyəsi Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Bu illərdə respublikada geniş yayılan yatalaq, brusellyoz, göbələk kimi xəstəliklərin qarşısının alınması üçün Səhiyyə Nazirliyi tərəfindən plan hazırlanmış, profilaktik tədbirlər həyata keçirilmişdir.

Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstərmişlər. Sonrakı dövrlərdə Məhbubə Mahmudbəyova, Tamerlan Əliyev, Zəhra Quliyeva, Böyükkişi Ağayev, Mirməmməd Cavadzadə, Zərifə Əliyeva, Adilə Namazova, İbrahim Topçubaşov və başqaları Azərbaycan tibb elminə əvəzsiz töhfələr vermişlər.

Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdən Azərbaycan səhiyyəsində ciddi inkişaf dövrü başlamışdır. Köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yeni müəssisələrin tikilməsi, eləcə də əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılması bu dövrdə baş vermişdir. Qısa vaxtda ölkəmizdə Ulu Öndərin rəhbərliyi ilə bir sıra səhiyyə ocaqları, o cümlədən Urologiya Xəstəxanası, diaqnostika, neyrocərrahiyyə, toksikoloji və ailə planlaşdırması mərkəzləri yaradılmış və əhalinin istifadəsinə verilmişdir. Eyni zamanda, Milli Onkologiya Mərkəzinin yeni korpusunun və Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun yeni kompleksinin tikintisinə başlanılmışdır.

Yeni tipli, müasir avadanlıqlarla təchiz edilmiş bu tibb müəssisələrində çalışmaq üçün yüksək ixtisaslı tibb kadrları tələb olunduğunu bilən uzaqgörən və müdrik siyasətçi Heydər Əliyev 1970-1980-ci illərdə bir qrup gənc həkim və alimin Moskva və digər şəhərlərə aspirantura və doktoranturaya göndərilməsinə nail olmuşdur.

Ulu öndər 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra səhiyyədə radikal islahatların həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası təkmilləşdirilmişdir. 1993-2000-ci illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar (“Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdi xəstəliyin qarşısının alınması haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” və s.) qəbul edilmişdir.

Ümummilli Liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasında bir çox böyük layihələrə imza atmışdır.

Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 11 proqramın icrasına, ümumilikdə, proqramların icrasına 387,7 milyon manatdan artıq vəsait sərf olunmuşdur. Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 2003-cü illə müqayisədə 11 dəfə artırılmışdır. Məhz bu artım əsasında 500-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşərək əhalinin istifadəsinə verilmişdir.

Əsaslı təmir və yenidənqurma işlərindən sonra M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində açıq ürək əməliyyatlarının icrasına başlanılmışdır, mərkəzdə böyüklər və uşaqlar üzərində 700-ə yaxın əməliyyata keçirilmişdir. M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında isə böyrəkköçürmə əməliyyatlarına başlanılmışdır. İndi Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülür.

Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür. “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Vətəndaşların elektron sağlamlıq kartı” sistemi fəaliyyətə başlamışdır. Hazırda müxtəlif xəstəliklər üzrə 10-a yaxın registr, kadrların vahid registri, yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman maddələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti və s. sahələrdə elektron proqramlar istifadə olunur. Səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Səhiyyə Nazirliyi tərəfindən 38 elektron xidmətin göstərilməsi nəzərdə tutulmuşdur. Hazırda nazirliyin rəsmi internet saytında “Elektron xidmətlər” bölməsi yaradılmış və 11 elektron xidmət artıq fəaliyyət göstərir.

Səhiyyəmizin beynəlxalq aləmdə də nüfuzu yüksəlmişdir. Bu gün Azərbaycanın Səhiyyə Nazirliyi müxtəlif səviyyəli saziş və protokollar əsasında 40-dan çox ölkə ilə səhiyyə sahəsində məhsuldar əməkdaşlıq edir.

Bütün bu uğurlar isə Ulu Öndərin əsasını qoyduğu səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb