Azərbaycanın startap innovasiyaları Aİ ölkələri ilə əlaqələndiriləcək
Bakı, 16 dekabr, AZƏRTAC
“V4-Azerbaijan Tech Bridge” proqramı Azərbaycanın startap innovasiyalarını Avropa İttifaqı (Aİ) ölkələri ilə əlaqələndirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Polşanın Azərbaycandakı səfiri Rafal Poborski dekabrın 16-da Bakıda innovasiyalar üzrə keçirilən Polşa-Azərbaycan seminarında “V4-Azerbaijan Tech Bridge” proqramının hesabatı zamanı söyləyib.
Diplomat bildirib ki, bu çoxtərəfli təşəbbüs texnoloji həllər gətirəcək və Azərbaycanın innovasiya ekosisteminin inkişafına kömək edəcək. O diqqətə çatdırıb ki, layihə çərçivəsində yüksək texnologiyalı həllərin tədqiqi və inkişafının həyata keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]