Azərbaycanın turizm potensiyalı Varşavada keçirilən beynəlxalq turizm sərgisində nümayiş olunur
Bakı, 29 noyabr (AZƏRTAC). Polşanın paytaxtı Varşavada keçirilən “TT Warsaw 2013” beynəlxalq turizm sərgisində ölkəmizi
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın ilk dəfə iştirak etdiyi sərgidə ölkəmizin turizm potensialı 26 kvadratmetrlik pavilyonda nümayiş olunur. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri rus və ingilis dillərində hazırlanmış xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ edilir.
Noyabrın 30-dək davam edəcək sərgiyə Azərbaycanla yanaşı, 64 ölkəni təmsil edən 650-dən çox şirkət qatılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]