Azərbaycanın U-17 komandası macarıstanlı həmyaşıdları ilə qarşılaşıb
Bakı, 24 fevral, AZƏRTAC
Bayıl stadionunda futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, macarıstanlı həmyaşıdları ilə qarşılaşan yığmamız məğlub olub - 0:3.
Fevralın 25-də Bayıl stadionunda bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.