Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın və Türkiyənin müstəqil xarici siyasəti və Avrasiya məkanında yeni geosiyasi vəziyyət

İstanbul, 27 noyabr (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən sonra bu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına səfəri Avrasiya regionunda yeni geosiyasi vəziyyətin fonunda müstəqil xarici siyasətin əhəmiyyətini bir daha göstərdi.

Avrasiya regionu və Yaxın Şərqdə ABŞ və Avropa dövlətlərinin israrla yürütdükləri psevdodemokratiya iflasa uğramış kimi görünür. Sözdə “demokratik dəyərləri” Yaxın Şərq və Avrasiya məkanında tətbiq etməyə çalışan bu dairələrin əsl niyyətləri də bəllidir. Belə bir şəraitdə region dövlətləri öz milli maraqlarının təmin olunması üçün daha praqmatik siyasət yürütməklə, yeni ittifaqlar və müttəfiqlər axtarışındadırlar. Xarici siyasətdə heç də asan olmayan balansı gözləmək səyləri Qərb ilə münasibətləri qorumaqla yanaşı, Avrasiya məkanında həyata keçirilən layihələrdə iştirak etməyi də ehtiva edir.

Prezident İlham Əliyev ilə Ankarada keçirdiyi mətbuat konfransında iki qardaş ölkə arasında həyata keçirilən enerji layihələrini Avrasiyanın gələcəyi üçün əhəmiyyətli adlandıran R.T.Ərdoğan Rusiyaya səfəri zamanı ölkəsinin Avrasiya İqtisadi Qrupunun (EURASEC) Gömrük İttifaqına daxil olacağı ilə bağlı suala cavabında bildirmişdir ki, Ankara Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir. Türkiyə hökumətinin başçısının sırf MDB üzvlərindən ibarət olan EURASEC yerinə, daha çox beynəlxalq miqyas və perspektivə malik olan Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunmaq arzusunun əsas səbəblərindən biri də Qərb ilə əlaqələrə xələl gəlməməsidir. Bu təşkilata üzv olmaq istəyi həm də dünyada söz sahibi olan, son zamanlar Suriya siyasəti ucbatından Ankara ilə fərqli mövqedən çıxış edən Moskva və Pekinə daha çox yaxın olmaq niyyətindən irəli gəlir. Daha bir amil, 50 ildən çoxdur davam edən üzvlük müzakirələrindən sonra Ankaranı hələ də qapı arxasında qoyan Avropa İttifaqının Türkiyəyə qarşı məsafəli siyasəti də yeni müttəfiqlərə ehtiyac doğurmuşdur.

R.T.Ərdoğanın səfəri zamanı Ankaranın müstəqil siyasət apardığını diqqətə çatdıran Rusiya Prezidenti Vladimir Putinin Moskvanın Kiyevə təzyiq və şantaj etməsi ilə bağlı Ukrayna və Litva liderləri arasında telefon danışığının məzmunundan xəbərdar olmadığı və istehza ilə “bu məsələdə bizə amerikalı dostlarımız yardım edə bilər” söyləməsi regionun bir çox ölkəsinin həqiqətən dilemma qarşısında qaldığını göstərir. Avropa İttifaqı ilə imzalayacağı azad ticarət haqqında sazişdən sonra Ukraynanın Rusiyanın iqtisadi dəstəyindən məhrum olacağı perspektivi heç də həlli asan olan problem deyildir. Ümumilikdə, MDB məkanında Rusiyanın daha sıx inteqrasiya səyləri fonunda Qərb ölkələri ilə də əməkdaşlığın inkişafı getdikcə çətinləşir. Ukrayna və Gürcüstanın təcrübəsi göstərdi ki, bu kontekstdə balansın pozulması bəzən kataklizmlərə də gətirib çıxarır. Bu vəziyyətdən çıxmaq üçün ən optimal yol isə Türkiyə və Azərbaycanın həyata keçirdikləri müstəqil və balanslaşdırılmış xarici siyasət kursudur.

V.Putinin mətbuat konfransında “biz Avropa İttifaqı ilə Ukrayna məsələsində üçtərəfli danışıqlarla bağlı Türkiyədən məsləhət ala bilərik” şəklində eyhamı da Moskva ilə Vaşinqton-Brüssel xətti arasında regional rəqabətin kəskinləşdiyini göstərir. Türkiyənin Baş naziri də öz növbəsində bu eyhama “Aİ ilə danışıqlarımız 50 ildir davam edir” replikası ilə cavab vermişdir.

Türkiyə və Azərbaycan liderlərinin düşünülmüş və uzaqgörən ortaq siyasəti iki qardaş ölkəni dəyişən geosiyasi şərtlər fonunda Avrasiya regionunun mühüm enerji aktorlarına çevirir.

Azərbaycan təbii qazının Avropaya nəqli məsələsində Qərb ölkələrinin “Nabukko” layihəsi ətrafında ajiotajının ən qızğın çağında da rəsmi Bakı çox təmkinli bəyanatlarla çıxış edir, məsələyə milli maraqlarımız prizmasından yanaşırdı. Nəticədə, layihənin dərin iqtisadi böhran yaşayan Avropa ölkələrinin fikir ayrılıqları ucbatından reallaşa bilməyəcəyi məlum oldu. Belə bir şəraitdə, regionun iqtisadi cəhətdən dinamik inkişaf edən iki ölkəsi - Türkiyə və Azərbaycan problemi öz daxili imkanları ilə həll etmək qərarı verdilər.

2014-cü ilin əvvəlində təməli qoyulacaq TANAP boru xətti və gələn ilin sonunda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ölkələrimizin iqtisadi qüdrətini artırmaqla yanaşı, regiondakı mövqeyini də möhkəmlədəcəkdir.

İran, İraq, İsrail təbii qazının da TANAP ilə nəqli perspektivləri, bu boru kəmərinin Avropanın enerji təhlükəsizliyində oynayacaq həlledici rolu, Bakı-Tbilisi-Qars dəmir yolunun London ilə Pekini birləşdirəcək “dəmir İpək yolu” olması bu siyasətin komponentləridir.

Noyabrın 21-də İstanbulda Atlantik Şurasının keçirdiyi enerji toplantısında ABŞ-ın enerji naziri Ernest Moniz də TANAP və TAP, habelə “Şahdəniz-2” layihələrini qlobal enerji təhlükəsizliyi zəncirinin mühüm halqaları kimi dəyərləndirmişdir.

Bakı ilə Ankaranın bu uğurunun arxasında iki amil - ardıcıl və müstəqil siyasət, eyni zamanda, regionun gələcəyini mükəmməl proqnozlaşdırmaq bacarığı dayanır.

Bütün bu geosiyasi dəyişikliklər fonunda özünü səfalət və çarəsizliyə düçar etmiş yeganə ölkə olan Ermənistan üçün həyəcan siqnalları gəlməkdədir. Mərkəzi Asiyada Qazaxıstan, Cənubi Qafqazda Azərbaycan və Avrasiya regionunda Türkiyənin bütün təşəbbüslərə sahib olduqları bir şəraitdə uzaq, unudulmuş əyalət, başqa bir deyimlə “forpost” olan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın İstanbuldakı enerji toplantısındakı çıxışı da bunun sübutu oldu. Bütün regional layihələrdən kənarda qalan ölkənin parlamentinin deputatı olan Oskanyan Avropa İttifaqı ilə inteqrasiyadan, Türkiyə ilə diplomatik münasibətlər qurulmasının zəruriliyindən daha çox danışdı. Lakin müstəqil olmayan və Moskvanın siyasi iradəsindən kənara çıxa bilməyən Yerevanın bu niyyəti şübhə və istehza doğurur.

Ermənistan rəsmiləri son zamanlar Türkiyə ilə heç bir şərt olmadan diplomatik əlaqələr qurulmasını istədiklərini də bəyan edirlər. Ermənistan hökumətinin başçısı Tiqran Sarqsyanın son bəyanatı da bu qəbildəndir. Türklərə qarşı düşmənçilik siyasətinin məsuliyyətini erməni kilsəsinin üzərinə qoyan Ermənistan rəsmisi Ankaranı da Azərbaycanı müdafiə etməkdə günahlandırmışdır.

Bütün regional energetika və kommunikasiya layihələrindən kənarda qalan, öz xalqını millətçilik şüarları ilə fəlakətə sürükləyən və işğalçılıq siyasətini davam etdirən Ermənistan rəsmiləri də anlamağa başlamışlar ki, qlobal dünyada artan inteqrasiya və ölkələrin rifahının bir-biri ilə əməkdaşlıqdan asılı olduğu bir şəraitdə təkcə bir qonşu ölkədən idxal edilən gündəlik tələbat malları hesabına uzun müddət yaşamaq mümkün olmayacaqdır. Onların söykənərək getdikləri bu divar da yaxın gələcəkdə qurtaracaqdır.

Bunun tam əksinə olaraq, son illər regiondakı inkişaf meyillərinin də göstərdiyi kimi, Azərbaycan öz şərtlərini diktə edən, mühüm təşəbbüslər irəli sürən və onların arxasında duran regional bir gücə çevrilmişdir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir