Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Vətən müharibəsində qələbəsi və Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar

Azərbaycanın Vətən müharibəsində qələbəsi və Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar

Bakı, 15 mart, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan həm hərbi, həm də diplomatik-siyasi sahədə mühüm qələbə qazandı. Belə ki, noyabrın 10-da Ermənistanın hərbi-siyasi rəhbərliyi onlar üçün təslimçilik anlamı verən üçtərəfli Bəyanatı imzalamalı oldu.

Döyüş əməliyyatlarına rəhbərlik edən müzəffər Ali Baş Komandan İlham Əliyev müharibə dövründə dünyanın nüfuzlu telekanallarına müsahibələr verərək, beynəlxalq aləmdə formalaşmış yanlış təsəvvürləri dağıtmağa nail oldu. Türkiyənin “A Haber”, ABŞ-ın “Fox News”, İtaliyanın Rai-1, Almaniyanın ARD və s. telekanallarına, Rusiyanın TASS və Interfaks, İspaniyanın EFE informasiya agentliklərinə, Yaponiyanın “Nikkei”, Fransanın “Figaro”, İtaliyanın “La Repubblica” qəzetlərinə və s. müsahibələr zamanı Prezident İlham Əliyev erməni faşizminin əsl simasını açıb-göstərdi, erməni vandallığının ağlasığmaz cinayətlərini faktlarla sübut etdi. Azərbaycan Prezidenti bəzi xarici müxbirlərin ittiham xarakterli, böhtan səpkili, qərəzli mövqe nümayiş etdirən qeyri-obyektiv və dezinformasiya səciyyəli suallarını da güclü məntiq, tutarlı fakt və dəlillərlə cavablandırdı, onları dəmir məntiqli arqumentləri əsasında susdurdu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynovanın “Azərbaycanın Vətən müharibəsində qələbəsi və Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsi dövründə Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya, İspaniya, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ı təmsil edən KİV nümayəndələrinə üç dildə - rus, türk və ingilis dillərində 30-dək müsahibə verib və bu müsahibələr zamanı 600-dən çox sualı cavablandırıb. Prezidentin bu müsahibələri, verdiyi sərrast, dəqiq, tutarlı, məntiqi, yeri gələndə bəzən lakonik, bəzənsə ətraflı cavablarının hər biri ayrı-ayrılıqda öyrənilməyə, araşdırılmağa layiqdir.

Hazırda Qarabağda bərpa və quruculuq işləri getdiyini qeyd edən professor İradə Hüseynova bu ərazilərimizin tezliklə əvvəlki gözəlliyinə qovuşacağını və daha yüksək səviyyədə inkişaf etdiriləcəyini vurğulayır. Müəllif bildirir ki, Prezident İlham Əliyev Ermənistanın ölkəmizə vurduğu maddi, mənəvi ziyanlara görə beynəlxalq hüquq qarşısında məsuliyyəti ilə bağlı zəruri işləri görür, erməni vandallığının inanılmaz cinayətlərini beynəlxalq ictimaiyyətə bəyan edir. Bu baxımdan məqalədə Azərbaycan Prezidentinin fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı üzərində xüsusilə dayanılır. Bildirilir ki, dünya ölkələri mediasının diqqət mərkəzində olan mətbuat konfransı Xocalı soyqırımı günü keçirildiyindən Prezident öncə bu soyqırımı barədə məlumat verib. Dövlətimizin başçısı vurğulayıb ki, hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması - bütün bunlar erməni faşizminin təzahürləridir.

Professor İradə Hüseynova məqalədə Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranan yeni reallıqlara da toxunub. Həmçinin Azərbaycan Prezidentinin “Biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və dəfələrlə açıq deyirdim, torpaqlarımız nə qədər ki, işğal altındadır, biz bu siyasəti aparacağıq. Deyirdim ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın, ondan sonra bölgədə işbirliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasətimizdə dəyişiklik də ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də ki, 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər”, - fikrinə diqqət çəkib.

Məqalədə yazılıb: “Azərbaycan Respublikası sülhsevər ölkədir, burada multikultural dəyərlərə önəm verilir və multikulturalizm dövlət siyasətidir. Sülhə önəm verildiyi səbəbindən ölkəmizin rəhbəri İkinci Qarabağ müharibəsinin gedişində dəfələrlə bəyan edib ki, erməni tərəfi torpaqları tərk etmək qrafikini verən kimi biz döyüşü dayandıracağıq. Həqiqətən elə belə də oldu - 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra aktiv döyüş əməliyyatları dayandırıldı, Azərbaycan hər iki tərəfdən itki verilməsinin qarşısını aldı. Təbiidir ki, müharibə davam etsəydi, bu, Ermənistan üçün daha ağır nəticələr doğuracaqdı. Ölkəmiz 30 il idi ki, münaqişənin yalnız dinc, danışıqlar yolu ilə həllinə çalışırdı, regionda sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə çağırırdı. Lakin Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və ölkəmizin suverenliyinin bərpası istiqamətində yol əvvəlcə hərbi, sonra isə siyasi-diplomatik yol oldu. Prezidentə 26 fevral tarixli mətbuat konfransında verilən suallardan biri də məhz bu məsələ ilə bağlı idi: Azərbaycan bundan sonra davamlı sülhü təmin etmək üçün nə edəcək? Prezidentimizin cavabı Azərbaycan xalqının, Azərbaycan dövlətinin nə qədər sülhpərvər olduğunu xarici jurnalistlərin diqqətinə bir daha çatdırdı: “... davamlı sülh necə ola bilər, bu, yalnız imzalanmıış 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirməklə olar”.

Professor İradə Hüseynova, həmçinin vurğulayır ki, mətbuat konfransında Rusiyanın “Bolşaya Aziya” mediaholdinqinin nümayəndəsi 44 günlük müharibə dövründə Azərbaycan Prezidentinin sülhməramlı kimi çıxış etdiyini, Ermənistan tərəfinin isə bir dəfə də olsun, bu cür bəyanat vermədiyini bildirib. Məqalədə Azərbaycan Prezidentinin mətbuat konfransında söylədiyi “Müharibə bizə lazım deyildi. Bu, məcburi tədbir idi. Bu tədbir bütün otuz illik səmərəsiz danışıqlardan daha effektli oldu. Beləliklə, hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq. Biz bütün olanları izləyirik, daha da diqqətlə izləyəcəyik”, - fikri də diqqətə çatdırılır.

Müəllif qeyd edir ki, Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqları azad edildikdən sonra ən aktual olan və məcburi köçkünlərimizi, həm də beynəlxalq KİV-ləri maraqlandıran məsələlərdən biri həmin ərazilərdə məskunlaşma ilə bağlıdır: “Jurnalistləri maraqlandıran məsələlər qismində əhalinin reinteqrasiyası prioritet əhəmiyyət kəsb edirdi. Hələ 44 günlük müharibə zamanı əcnəbi media qurumlarının nümayəndələri Prezident İlham Əliyevdən müsahibələr alarkən məhz bu məsələyə dəfələrlə toxunurdular. Təbii ki, fevralın 26-da keçirilən mətbuat konfransında da bu səpkili suallar oldu. Dövlətimizin başçısı bildirdi ki, müharibə təzə başa çatdığından azərbaycanlılar hələ işğaldan azad edilmiş regionlara köçürülməyib. Artıq bildirildiyi kimi, bu məqsədlə ərazilər minalardan təmizlənməli və tam təhlükəsiz olmalıdır.

Digər tərəfdən, azərbaycanlıların öz doğma torpaqlarına qayıdışının qarşısını almaq və ya bunu ləngitmək üçün erməni tərəfi bütün yaşayış yerlərimizi tanınmaz hala salıb. Müharibədən sonra dövlətimizin başçısı bir neçə dəfə bu regionlara səfər edib, erməni vəhşiliyinin analoqu olmadığını bütün dünyaya bəyan edib. Hətta bəzi şəhərlərimizdə dağıntılar o dərəcədədir ki, Azərbaycanın dövlət bayrağını sancmaq üçün heç bir bina tapılmayıb.

Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı zaman nəinki xalqımızın tarixi və mədəni irsinə böyük ziyan vurub, həmçinin regionun ekologiyasına, insanların əmlakına, infrastruktura qarşı da görünməmiş vəhşilik edib. Bu vandallıq 10 noyabr Bəyanatından sonra da davam etdirilib. Bunu bölgəyə səfər edən KİV nümayəndələri gözləri ilə görüb və mətbuat konfransında da bu problemə aydınlıq gətirilməsini xahiş ediblər. Prezident çox sərrast qeyd etdi ki, bütün dünya bizim kiminlə üz-üzə gəldiyimizin və hansı bəlanı məğlub etdiyimizin şahidi oldu. Eyni zamanda, onu da vurğuladı ki, ermənilərin ölkəmizə və xalqımıza vurduğu bu ziyanlar və dağıdıcı fəaliyyətlər onlara baha başa gələcək: “İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazilərimizin, ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü. Biz, əlbəttə ki, bütün dəymiş ziyanı hesablamalıyıq və hesablayırıq. Mənim göstərişimlə indi Azərbaycanın müvafiq qurumları video, foto çəkilişlər aparırlar, dron çəkilişləri aparılır. Dəymiş bütün ziyan hesablanacaq. Dağılmış bütün evlərin protokollaşdırılması işlərinə start verilib ki, vətəndaşlar fərqi qaydada dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrə, ilk növbədə, Azərbaycan məhkəmələrinə və sonra beynəlxalq məhkəmələrə müraciət etsinlər”.

Məqalənin müəllifi mətbuat konfransında işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq istiqamətində görülən işlər barədə danışan dövlətimizin başçısının “Bizim böyük planlarımız var və biz onları reallaşdıracağıq. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Biz bağlanmış müqavilələr əsasında ilk ödənişləri həyata keçirməyə başlayırıq” fikrini sitat gətirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərdə tikinti-abadlıq işlərinin “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında gerçəkləşdiriləcəyindən də danışıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb