Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər
Bakı, 6 aprel, AZƏRTAC
Xizək alpinizmi üzrə Azərbaycan millisinin üzvləri İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilən Dünya Kubokunda iştirak ediblər.
Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Nəzrin Qəribova 21 ölkədən olan 62 idmançı arasında yarışın sprint növü üzrə 33-cü, Seyid Sədrəddinov isə 75 idmançı arasında 67-ci yerə sahib olublar. Yarışın "mixed relay" növündə isə idmançılarımız 42 cütlük arasında 37-ci yerdə qərarlaşıblar.