Azərbaycanın yunan-Roma güləşçisi Macarıstanda qızıl medal qazanıb


Bakı, 28 aprel, AZƏRTAC
Budapeştdə Macarıstanın tanınmış güləş məşqçisi İmre Baracsinin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, ənənəvi yarışda U-20 yaş qrupu üzrə Azərbaycan millisinin bir neçə üzvü iştirak edib. Məşqçi Emin Əhmədovun rəhbərliyi altında Kamran Rəcəbli (72 kiloqram), Cavad Məmmədov (77 kiloqram), Elmin Əliyev (82 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) memorialda mübarizə aparıb. U-17 Avropa çempionatının bürünc mükafatçısı Elmin Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarış bitdikdən dərhal sonra güləşçilər Macarıstan Tata şəhərinə yollanıblar. Yığma üzvləri aprelin 27-dən mayın 2-dək bu şəhərdə bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [11:54]
Ağsu şəhər stadionu beynəlxalq oyunları qəbul edə bilər
- 13.05.2025 [11:11]
NBA: “Minnesota” və “Nyu-York Niks”dən üçüncü qələbə
- 13.05.2025 [10:56]
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
- 13.05.2025 [10:44]
“Şeffild Yunayted” pley-off mərhələsinin finalına yüksəlib
- 12.05.2025 [20:07]
Konfrans Liqasının final oyununu idarə edəcək hakim açıqlanıb
- 12.05.2025 [20:06]
UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb
Tramp: Aİ çox vaxt ABŞ-la Çindən daha pis davranır
- 12.05.2025 [23:21]
Ərdoğan: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik hədd keçildi
- 12.05.2025 [22:50]
Zelenski və Ərdoğan İstanbul görüşünün detallarını müzakirə ediblər
- 12.05.2025 [21:38]
Donald Tramp Yaxın Şərqə səfərə yola düşüb
- 12.05.2025 [20:36]
Əcnəbilər Monteneqroda 113,5 milyon avroluq daşınmaz əmlak alıblar
- 12.05.2025 [20:12]
Konfrans Liqasının final oyununu idarə edəcək hakim açıqlanıb
- 12.05.2025 [20:07]
UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb
- 12.05.2025 [20:06]
Almatıda "Qərbi Azərbaycana Qayıdış Çağırışları" mövzusunda forum keçirilib
- 12.05.2025 [20:02]
Britaniyanın Baş nazirinin evində yanğın olub
- 12.05.2025 [19:39]
Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi təyin olunub
- 12.05.2025 [19:36]
Londonda elektrik kəsintisi metroda ciddi nəqliyyat pozuntularına səbəb olub
- 12.05.2025 [19:33]
Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb
- 12.05.2025 [19:32]
Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək
- 12.05.2025 [19:20]
ABŞ Çin məhsullarına tətbiq etdiyi rüsumları 145 faizdən 30 faizə endirib
- 12.05.2025 [19:10]