Azərbaycanla Moldova arasında siyasi dialoqun genişləndirilməsi imkanları müzakirə edilib
Kişineu, 2 dekabr, AZƏRTAC
Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoyun Azərbaycan Respublikasının bu ölkədəki səfiri Qüdsi Osmanovla görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, həmçinin bu yaxınlarda Azərbaycanın Qarabağ regionunda baş verən hadisələr müzakirə edilib.
Azərbaycanın və Moldovanın xarici işlər nazirlərinin bu yaxınlarda baş tutan telefon danışığı zamanı əldə olunan razılaşmalar kontekstində həmsöhbətlər ikitərəfli siyasi dialoqun genişləndirilməsinin potensialı, iki ölkənin ticari-iqtisadi əməkdaşlığının fəallaşdırılması barədə fikir mübadiləsi aparıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]