Azərbaycanla Polşa arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 16 dekabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, Polşanın Əcnəbilərlə İş üzrə Ofisinin nümayəndəsi Andrzej Karpiakla görüşüb.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xidmət rəisi qonaqlara Azərbaycan ilə Polşa arasında miqrasiya sahəsində əməkdaşlığın uğurla davam etdirildiyini, qarşılıqlı əlaqələrin bu istiqamətdə əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Vüsal Hüseynov qurumlar arasında ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalar çərçivəsində də əməkdaşlığı və qarşılıqlı dəstək məsələlərini məmnunluqla qeyd edib.
Səmimi görüşdən məmnunluğunu ifadə edən Andrzej Karpiak birgə əməkdaşlığın vacibliyini və qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.