Azərbaycanlı gənclər Polşada yürüş keçirmişlər
Bakı, 27 fevral (AZƏRTAC). Xocalı qətliamının qurbanlarını yad etmək üçün bu il Polşanın Vrotslav şəhərində yaşayan azərbaycanlı gənclər bir sıra tədbirlər təşkil etmişlər.
İlk öncə faciə haqda şəhər sakinlərini və turistləri məlumatlandırmaq məqsədi ilə fevralın 24-də şəhərin mərkəzi küçələrində, o cümlədən mərkəzi meydan olan Rınekdə Xocalı soyqırımından bəhs edən müxtəlif şüarlar yazılmış plakatlar və Azərbaycan bayraqları ilə yürüş keçirilmişdir. Aksiya zamanı faciə haqda qısa məlumatın yer aldığı bukletlər şəhər sakinlərinə və turistlərə paylanmış, onlara bu günün Azərbaycan üçün önəmi, həmçinin və Qarabağın işğalı barədə məlumat verilmişdir. Vrotslavda təhsil alan türkiyəli tələbələr də aksiyada yaxından iştirak etmişdir.
Fevralın 26-da Vrotslavın Musiqi və Ədəbiyyat Klubunda Monqolustanlı rəssam Odpurev Qanxvyaqın sərgisinin açılışı olmuşdur. Sərgidə rəssamın Xocalı faciəsinə həsr etdiyi “Xarı Bülbül” kompazisiyası nümayiş etdirilmişdir. Sərgi iki həftə şəhər sakinləri üçün açıq olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]