AZƏRBAYCANLI GÜLƏŞÇİLƏR DÜNYA ÇEMPİONATININ FİNALINA ÇIXMIŞLAR
Bakı, 8 avqust (AZƏRTAC). Ankarada sərbəst güləş üzrə gənclərin dünya birinciliyinin finalçıları arasında iki azərbaycanlı güləşçi də vardır. Ağahüseyn Mustafayev əvvəlcə Qırğızıstan nümayəndəsi Bakzat Dombayevə, sonra Monqolustan güləşçisi Batçulun Batmaqnaiyə qalib gələrək yarımfinala çıxmış, bu mərhələdə amerikalı Cordan Oliveri də məğlub etmişdir. Finalda onun rəqibi rusiyalı Timur Tsabolov olacaqdır.
96 kq çəki dərəcəsində çıxış edən Cəmaləddin Maqomedov birinci görüşdə kubalı Eduardo Mesa Rabini, sonra slovakiyalı Jozef Jalovarı məğlub etmişdir. Dörddəbir finalda macar Daniel Liqetidən güclü olduğunu sübut etmiş Maqomedov daha sonra Türkiyə nümayəndəsi Fatih Yasarlının kürəyini yerə vurmuşdur. Finalda xalça üzərində onun rəqibi iranlı Erfan Əmiri olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]