Azərbaycanlı hakim və həkim “Tokio-2020”yə dəvət alıblar
Bakı, 22 iyul, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) azərbaycanlı hakim və həkimə etimad göstərib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, BOK iki həmyerlimizi Tokio Yay Olimpiya Oyunlarına dəvət edib. Olimpiadanın boks yarışlarında referilər arasında beynəlxalq dərəcəli hakim Anar Babanlı da olacaq. Leyla Nəsirova isə Olimpiadanın boks yarışlarında həkim kimi çalışacaq.
Qeyd edək ki, “Tokio-2020”də Azərbaycanın beş boksçusu mübarizə aparacaq. Ölkəmizin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.
“Tokio-2020”nin boks yarışları iyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]