Azərbaycanlı idmançı Slovakiyada keçirilmiş qaydasız döyüş üzrə yarışda qalib gəlib
Bakı, 13 sentyabr, AZƏRTAC
Slovakiyanın Povajska-Bistritsa şəhərində keçirilmiş “Real Fight Arena” (RFA 12 Free Prelims) turnirində MMA üzrə peşəkar azərbaycanlı idmançı Yüksəl İbrahimov növbəti uğura imza atıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, həmyerlimiz Qırğızıstandan olan rəqibini birinci raundda texniki nokautla məğlub edib. O, qalib elan olunan zaman Azərbaycan bayrağını dalğalandırıb.
Qeyd edək ki, bu, idmançımızın RFA-da ardıcıl ikinci qələbəsidir. Yüksəl İbrahimov peşəkar K-1 və MMA döyüşçüsüdür. 2019-cu ildən etibarən Slovakiyada qaydasız döyüş, boks və kikboksinq üzrə dərs deyir. Eyni zamanda K-1 və MMA üzrə yarışlarda iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]