Azərbaycanlı ifaçı “Classical FM”in siyahısında
Bakı, 12 mart, AZƏRTAC
Böyük Britaniyada yaşayan azərbaycanlı violonçel ifaçısı Camal Əliyev bu ölkənin klassik musiqi sahəsində ixtisaslaşan “Classical FM” radiosu tərəfindən dünyada 30 ən qabaqcıl gənc (30 yaşadək) musiqiçiləri sırasına daxil edilib.
AZƏRTAC xəbər verir ki, “Classical FM”in bütün musiqi alətləri üzrə müəyyənləşdirdiyi siyahıda cəmi iki violonçel ifaçısı yer alıb.
Camal Əliyev 5 yaşında Ankarada violonçel təhsili almağa başlayıb, 13 yaşından isə öz musiqi təhsilini Londonda davam etdirib. Londonda dünyanın ən böyük klassik musiqi festivalı sayılan “BBC Proms Festivalı”nda konsert verib. Festival çərçivəsində BBC Konsert Orkestri ilə birlikdə 8 min nəfərlik “Royal Albert Hall”da səhnəyə çıxan ifaçı hər il solo konsertlər verir. Bu konsertlər BBC Radio və Televiziyasında canlı yayımlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir
- 07.10.2026 [14:34]
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
- 07.10.2026 [12:13]
“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]