Azərbaycanlı qrossmeyster “ACP Masters” turnirində çıxışını başa çatdırıb
Bakı, 9 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, İsrailin Aşdod şəhərində Şahmat Peşəkarları Assosiasiyası tərəfindən təşkil olunan sürətli şahmat üzrə “ACP Masters” turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə dünyanın 8 ölkəsindən 12 qrossmeyster iştirak edir.
Moskva komandasının lideri Yan Nepomnyaşşi və yerli qrossmeyster Boris Gelfand 5 mümkün xaldan 3,5-ni toplayaraq “A” qrupunda birinci və ikinci yerləri bölüşüblər. Qədir Hüseynov bu qrupda rusiyalı Dmitri Yakovenko ilə 3 və 4-cü yerləri bölüşüb. “B” qrupundan finala ukraynalı Vasili İvançuk və fransız Etyen Bakro çıxıb. Onlar müvafiq olaraq 3,5 və 3 xal toplayıblar.
Play-offda dörd iştirakçı - Boris Gelfand və Etyen Bakro, Vasili İvançuk və Yan Nepomnyaşşi qarşılaşacaq. Onlar dekabrın 9-da yarımfinal matçında iki sürətli partiya oynayacaq, qalib müəyyən edilmədiyi halda tay-breyk oynayacaqlar.
Dekabrın 9-da yarımfinallar (iki partiya rapid, bərabər hesabla blits və “armaqeddon”), 10-da isə final (4 partiya rapid və lazım gələrsə, tay-breyk) keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]