“AZERCELL TELEKOM” YENİ KAMPANİYAYA BAŞLAMIŞDIR
İndi oktyabrın 1-dən dekabrın 31-dək telefonuna bir gün ərzində 2 və ya daha çox danışıq kartı yükləyən “SimSim” abonenti 200 kontur hədiyyə alacaqdır. Kartın hansı üsulla (ATM, danışıq kartı, bank və s.) və kim tərəfindən (abonentin özü və yaxud başqası tərəfindən) yüklənməsi əhəmiyyət daşımır. Telefonuna 2 dəfə kontur yüklənən abonentin hesabına 200 kontur elə növbəti gün ərzində əlavə olunacaq.
Hazırda “Azercell Telekom”un 2 milyon nəfər abonenti vardır.