“AZƏRENERJİ” DÖVLƏT BÜDCƏSİNƏ ÖDƏNİŞLƏRİ 1,4 DƏFƏ ARTIRMIŞDIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət büdcəsinə ödənişlərin məbləği artmışdır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurum cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 73,6 milyon manat vəsait köçürmüşdür. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur.