“Azərenerji” və “Azərişıq” son 16 ilin hesabatını verib
Azərbaycan Prezidentinin elektroenergetika strategiyası 2013-2019
Bakı, 24 dekabr, AZƏRTAC
“Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətləri 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin elektroenergetika strategiyasına uyğun olaraq həyata keçirilən genişmiqyaslı işlərlə bağlı video material paylaşıb.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, video materialda Prezident İlham Əliyev tərəfindən yaradılan “Bakıelektrikşəbəkə” və onun bazasında formalaşdırılan “Azərişıq” ASC, həmçinin “Azərenerji” ASC-nin gördüyü işlər və onların nəticələri barədə ətraflı məlumat verilib.
Videoda ölkə başçısının həyata keçirdiyi ciddi islahatlar, tikinti, yenidənqurma və bərpa prosesi elektrik enerjisinin istehsalı, ötürülməsi, idarə edilməsi və paylanması sahələrini bütövlükdə əhatə etdiyi və nəticədə Azərbaycanın necə idxalçı ölkədən ixracatçı ölkəyə çevrildiyi ardıcıllıqla verilib. Həmçinin son 16 ildə tikilən elektrik stansiyaları, yarımstansiyalar, ötürücü xətlərin əhatə dairəsi və hazırda “Master Plana” uyğun olaraq görülən işlər də video materialda geniş əks edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]