Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AzerGold” istiqrazlarının əhalinin xarici valyutada olan yığımları baxımından əhəmiyyəti

“AzerGold” istiqrazlarının əhalinin xarici valyutada olan yığımları baxımından əhəmiyyəti

Bakı, 22 sentyabr, AZƏRTAC

Son illər Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı istiqamətində hökumətin apardığı institusional islahatlar nəticəsində bu sahəyə şirkətlərin marağı artıb. Artıq bir-birinin ardınca iri müəssisələr öz istiqrazlarını qiymətli kağızlar bazarında müxtəlif səciyyəli investorlara təqdim edir. “AzerGold” QSC də ölkənin qeyri-neft sektorunun əsas ixracatçılarından biri olaraq yerli və xarici investorlara, sıravi vətəndaşlara özünün qiymətli kağızlarını təqdim edir.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev AZƏRTAC-a bildirib ki, “AzerGold” bazara ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqraz buraxır. Əldə olunacaq vəsait şirkətin qızıl istehsalı üzrə texnoloji imkanlarının artırılması və dünya bazarına daha çox qızılın çıxarılması istiqamətində hasilatın gücləndirilməsinə sərf olunacaq ki, bu da şirkətin gəlirlərinin artırılması ilə yanaşı, onun istiqrazlarının dəyərinin ən azı nominal qiymətdə qorunmasına və mövqeyinin qarşıdakı illərdə möhkəmlənməsinə səbəb olacaq. Bu da “AzerGold” QSC-nin sərmayəçiləri üçün ən sərfəli imkanları formalaşdırır.

O qeyd edib ki, “AzerGold” istiqrazları illik 4 faizlə, bir istiqrazın nominal dəyəri 100 ABŞ dolları olmaqla müştərilərə təqdim olunur. Şirkət öz müştərilərinə istiqrazlar üzrə gəlirləri ildə 4 dəfə, 3 aydan bir ödəməyi planlaşdırır. Bu, hətta sıravi vətəndaşlara ABŞ dollarında olan kiçik məbləğdəki yığımları istifadəsiz saxlamaq əvəzinə, gəlir gətirən qiymətli kağızlarda saxlamağa imkan yaradır. Vətəndaşların yığımları investisiya yönləndirilmədiyi təqdirdə illik inflyasiya dərəcəsi, qiymət artımı, dəyərdən düşmə kimi riskləri nəzərə alınaraq istiqrazlar sığortalanmaq üçün olduqca əlverişli təklifdir. “AzerGold” QSC-nin son maliyyə göstəriciləri onun dayanıqlı bir şirkət olduğunu deməyə əsas verir. Belə ki, şirkətin gəlirləri 2019-cu ildə 2018-ci ilə nisbətən 47,6 faiz yüksələrək 146 milyon 486 min manat təşkil edib. Həmçinin xalis mənfəət də 2018-ci ilə nisbətən ötən il 54,7 faiz artaraq 21 milyon 158 min manat olub. Son statistik göstəricilərə əsasən, şirkətin xalis aktivlərinin dəyəri 27 milyon 571 min 988 dollardır. Bütün bunlar şirkətin bazarda dayanıqlı mövqeyə sahib olduğunu ortaya qoymaqla “AzerGold”un qiymətli kağızlarının dəyərli bir investisiya aləti olacağını göstərir.

Ekspert bildirib ki, “AzerGold” son dövrlər dünya bazarına qızıl ixracını artırmaqdadır. Beynəlxalq aləmdə qızıl bazarının trendlərini izlədikdə görmək olar ki, qızıla olan tələbatın artması onun alış qiymətinin də böyük ölçüdə yüksəlməsinə gətirib çıxarır. Beynəlxalq ekspertlərin birgə rəyinə əsasən, qızıla olan tələbatın növbəti illərdə də artacağı gözlənilir. Bu artım nə zaman bitəcəyi məlum olmayan pandemiya şəraiti, üstəlik zərgərlik əşyalarına tələbatın artması (xüsusi ilə Çin və Hindistanda) və geosiyasi risklərlə xarakterizə olunur. “AzerGold” QSC-nin yeni qızıl yataqlarında apardığı işlər və ehtiyatlardan səmərəli istifadə sayəsində dünya bazarlarında artım templərinə daha cəld reaksiya verəcəyi gözlənilir. Bütün bunlar “AzerGold”un qiymətli kağızlarını yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedici edir. “AzerGold” istiqrazlarının başlıca hədəfinin geniş xalq kütləsi olması, həm də ölkədə aparılan sosial-iqtisadi siyasətə dəstək və əhalinin orta gəlirli hissəsinin öz xırda yığımlarını daha etibarlı saxlamaq baxımından da böyük əhəmiyyət kəsb edir. Sözügedən istiqrazlar şirkətin səhmlərinin alışına və bankda əmanət yatırmağa nisbətən daha təhlükəsiz şəkildə maliyyə vəsaitinin saxlanması ilə yanaşı, həm də yüksək gəlir mənbəyidir. Həmçinin sadə vətəndaşlar ABŞ dollarında olan yığımlarını hər hansı bir bankda əmanət hesabına yatırdıqda bundan orta hesabla illik 2 faiz gəlir əldə etmək imkanı qazandığı halda “AzerGold” istiqrazlarından iki dəfə daha çox, 4 faiz gəlir əldə etmək imkanı yaranır. Üstəlik, istiqraz alıcısı tərəfindən istiqrazların alınması ilə bağlı vergilərin ödənilməsi nəzərdə tutulmayıb. Fiziki şəxslər Vergi Məcəlləsinə əsasən, faiz ödənişləri üzrə ödəmə mənbəyindən azaddırlar. Hüquqi şəxslər isə hər faiz ödənişi tarixində ödənişin 10 faizi həcmində ödəmə mənbəyindən vergi tutmaqla öz faizlərini alacaqlar. Bank və bank təşkilatlarının faizdən əldə etdikləri gəlirlər sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab edildiyindən, onlara ödənilən faizlərdən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulmayacaq. “AzerGold” QSC-nin bu təkliflə çıxış etməsi onun istiqrazlarının digər yatırımlara nisbətən səmərəliliyini ortaya qoyur.

“AzerGold” istiqrazlarının əldə edilməsi onun ilkin alışından gəlir götürməklə yanaşı, qiymətli kağızların təkrar bazarı vasitəsilə investorlar əlavə qazanc imkanları da qazanır. “AzerGold” istiqrazlarının Bakı Fond Birjasında alıcılara təqdim edilməsi yerli alıcılar üçün onun əlçatanlığını daha da artırır. Bakı Fond Birjasında son 5 ildə aparılan infrastruktur və institusional yenidənqurmalar nəticəsində birjanın fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu artırıb. Ümumilikdə, yeni istiqrazlar yerli sərmayəçilərin iri layihələrdə iştirakına, eləcə də hər bir alıcı üçün “AzerGold”un uzunmüddətli inkişafında pay sahibi olmasına şəraiti yaratmaqla yanaşı, ümumilikdə milli iqtisadiyyat və dağ-mədən sənayesinin tərəqqisinə töhfə vermək kimi imkanlar açacaq. “AzerGold” istiqrazları sadalanan fürsətləri dəyərləndirmək üçün olduqca cəlbedici vasitədir”, - deyə R.Atakişiyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO