“AzerGold”un yeni istiqrazlarının ilk faiz ödənişi olub
Bakı, 2 may, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib. Ümumilikdə 300 min dollar həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.
“AzerGold”-dan AZƏRTAC-a bildirilib ki, ölkəmizin qiymətli kağızlar bazarının inkişafına, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağa xidmət edən “AzerGold” istiqrazlarının nominal dəyəri 100 dollar, tədavül müddəti 3 il, ümumi dəyəri 20,000,000 (iyirmi milyon) dollardır. Yeni istiqrazlar illik 6 faiz kupon dərəcəsi ilə emissiya edilib.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən istiqrazlar ilk dəfə 2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayter qismində çıxış etdiyi “AzerGold” istiqrazları 3 illik tədavül müddəti ərzində investorlara 2,400,000 dollar məbləğində faiz gəlirləri qazandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]