“Azəriqaz” İstehsalat Birliyində iməcilik keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də “Azəriqaz” İstehsalat Birliyinin (İB) daxili ərazilərində və Qaradağ kompressor stansiyasının sənaye zonasında iməcilik keçirilmişdir. İməcilikdə İB-nin idarəetmə aparatının əməkdaşları ilə yanaşı, Nəqliyyat və xüsusi texnika idarəsi və layihə-konstruktor bürosunun 500-ə yaxın işçisi iştirak etmişdir.
İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, iməcilik zamanı əvvəlcədən əkinə hazırlanmış ərazidə 800-ə yaxın müxtəlif növ ting və bəzək ağacı əkilmiş, əvvəllər əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Həmçinin İB-nin struktur təşkilatlarının daxili ərazilərində də təmizlik və abadlıq işləri aparılmış, məişət və sənaye tullantıları xüsusi sahəyə daşınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]