“AZƏRİQAZ”A 154 MİLYON KUBMETR TƏBİİ QAZ TƏHVİL VERİLMİŞDİR
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, verilən qazın 138,4 milyon kubmetri “Azneft” İstehsalat Birliyinin neft-qazçıxarma idarələrinin, 6,2 milyon kubmetri müqavilə əsasında işləyən müştərək müəssisələr və əməliyyat şirkətlərinin payına düşür.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ( ABƏŞ) “Azəriqaz”a təhvil verdiyi 9,4 milyon kubmetr təbii qaz “Çıraq” yatağından hasil edilmişdir.
Səhmdar cəmiyyət ARDNŞ-lə birgə müqavilə əsasında fəaliyət göstərən “Anşad Petrol” müştərək müəssisəsindən sərbəst satış yolu ilə daha 2 milyon kubmetr qaz almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]