“Azəriqaz”ın ekologiyanın qorunmasına dair gördüyü işlər müzakirə edilib
Bakı, 11 oktyabr, AZƏRTAC
2010-cu ildən etibarən 12 il ərzində “Azəriqaz” İB qaz təchizatındakı itkilərin həcminin 6 dəfəyə qədər azalmasına nail olub.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu haqda SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev və Birliyin rəhbər şəxsləri arasında keçirilən görüşdə məlumat verilib.
Son 12 il ərzində atmosferə atılan metan emissiyalarının azaldılması istiqamətində “Azəriqaz” İB-nin atdığı addımlar və həyata keçirdiyi layihələrdən danışan qurumun baş direktoru qarşıda duran vəzifə və planlar haqqında ətraflı məlumat verərək bir sıra təkliflər də edib. Rəfiqə Hüseynzadə görülən işlər və gələcək planlarla tanış olduqdan sonra əldə olunan müsbət göstəriciləri yüksək qiymətləndirib, həmçinin edilən təkliflərin qısa zamanda rəhbərlik qarşısında qaldırılacağını bildirib.
Sonda səslənən fikirlər barədə vitse-prezident Rəfiqə Hüseynzadə tabeliyində olan məsul şəxslərə öz tapşırıqlarını verib.