“AZƏRREYL” İSPANİYA ÇEMPİONUNU QƏBUL EDƏCƏKDİR
“Azərreyl” komandası Bakı İdman Sarayında İspaniya çempionu “Tenerife” klubunu qəbul edəcəkdir. Görüş saat 18.00-da başlanacaqdır. Oyunun komissarı Corc Bedonçer (Belçika), hakimləri isə Konstantin Tufekçev (Bolqarıstan) və Viktor Markovdur (Rusiya).
Xatırladaq ki, baş məşqçi Faiq Qarayevin yetirmələri bu oyuna hazırlıq məqsədi ilə İsveçrənin Bern və Rusiyanın Moskva şəhərlərində iki həftəlik təlim-məşq toplanışında iştirak etmişlər.
“Azərreyl” İsveçrə çempionu “Valero” klubu ilə keçirdiyi üç və Rusiya çempionatının yüksək liqasında çıxış edən komandalarla iki yoldaşlıq görüşünün hamısında qələbə qazanmışdır.