MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbirinin növbəti uğuru
![](/files/galleryphoto/2020/3/1200x630/1603448236253522580_1200x630.jpg)
![](/files/galleryphoto/2020/3/1200x630/16034482363372819299_1200x630.jpg)
Bakı, 23 oktyabr, AZƏRTAC
Hindistan Milli Fotoqrafiya Akademiyası fotoqrafiyanın ixtira olunmasının 181-ci ildönümü münasibətilə Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayəsi ilə “İlham” adlı beynəlxalq fotomüsabiqə keçirilib.
AZƏRTAC xəbər verir ki, FIAP-ın prezidenti Rikardo Bussinin sədrlik etdiyi münsiflər heyətinin üzvləri fotomüsabiqəyə yekun vurub və qalibləri müəyyən ediblər.
Sevindirici haldır ki, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov fotomüsabiqədə dünyanın müxtəlif ölkələrini təmsil edən çoxsaylı iştirakçılar arasında “NAP-PI” qızıl medalına - Hindistan Milli Fotoqrafiya Akademiyasının “PERSONA International” mükafatına layiq görülüb. AZƏRTAC-ın fotoqrafına qələbə qazandıran fotoşəkil 2015-ci ilin fevral ayında Bakıda keçirilən stolüstü tennis üzrə beynəlxalq turnirdə çəkilmiş “Tennisdə qarşıdurma” adlı işdir.