“AzTU-da bir gün” infoturu davam edir
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” infoturları davam edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, infoturda məqsəd ali texniki təhsilə marağı gücləndirməkdir.
Bakının 245 nömrəli tam orta məktəbinin şagirdləri və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri, Şamaxı Avropa liseyinin 1 nömrəli tam orta məktəbinin şagirdləri bu ali təhsil ocağında olublar.