AzTU-nun magistrantları dissertasiya işlərini Buxarest aeroportunda müdafiə ediblər
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin əlaçı magistrantları Nicat Mərdanlı və Samir Tağıyev 2020-ci ilin fevral-may ayları üçün dissertasiya işi ilə əlaqədar Erasmus +K1 proqramı çərçivəsində Rumıniyanın Cluj-Napoca Texniki Universitetinə göndərilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələr pandemiya səbəbindən Vətənə nəzərdə tutulan vaxtda - mayın 31-dən sonra qayıda bilməyiblər. Magistrantlar Azərbaycana yalnız iyunun 29-da qayıda biləcəkləri ilə bağlı rəsmi icazə ala biliblər. Maraqlıdır ki, magistrantların dissertasiya işlərinin müdafiəsi də əvvəlcədən iyunun 29-na planlaşdırılıb. Nicat Mərdanlı və Samir Tağıyev məhz həmin tarixdə Buxarest aeroportunda olduqları üçün müdafiə prosesinə də oradan qoşulublar. Rektor Vilayət Vəliyevin iştirakı ilə keçirilən müdafiədə magistrantların dissertasiya işləri və suallara verdikləri dolğun cavablar komissiya tərəfindən yüksək qiymətləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:51]
Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub
- 07.10.2026 [15:31]
Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil
- 07.10.2026 [14:23]