Badamdar və Bülbülə qəsəbələrində ətraf mühitin mühafizəsi tələbləri pozulub
Bakı, 17 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Səbail və Suraxanı rayonlarında keçirilən tədbirlər zamanı Badamdar qəsəbəsi ərazisində “KamAZ”, Bülbülə qəsəbəsi ərazisində isə “QAZ” markalı yük avtomobillərindən müxtəlif çeşidli və bərk tullantıların boşaldılması və qalaqlanması aşkar olunub.
Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin yük avtomobillərinin sürücüləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]