BADENBADENDƏ TURİSTLƏRİMİZİ GÖZLƏYİRLƏR
Almaniyanin “Hansen” turizm şirkəti Azərbaycanın səyahət və ekskursiya həvəskarlarını Badenbaden şəhərində qəbul edəcək, onlara yüksək turizm xidməti göstərəcəkdir. Şirkət həmçinin müalicəyə ehtiyacı olan vətəndaşlarımızın tibbi müayinədən keçirilməsində, Almaniyanın səhiyyə-sağlamlıq ocaqlarında müalicə edilməsində də yardımçı olacaqdır. Bütün bunlar barədə Bakı Səyahətlər və Ekskursiyalar Bürosu ilə “Hansen” şirkəti arasında 2003-cü il üçün müqavilə bağlanmışdır.
Burada AzərTac-ın müxbirinə demişlər ki, əldə edilmiş razılığa əsasən Almaniyanın turizm həvəskarları da bizim ölkəyə səyahət edəcək, Azərbaycanın dilbər güşələri, görməli yerlərləri, zəngin tarix və mədəniyyət abidələri, habelə Bakı şəhəri ilə tanış olacaqlar.
Bakı Səyahət və Ekskursiyalar Bürosunun yeni il üçün tədbirlər proqramında turizm əlaqələrinin miqyasını xeyli genişləndirmək, dünyanın 32 ölkəsi ilə turist mübadiləsi aparmaq, bu ölkələrin hər birində Azərbaycan həqiqətlərini yaymaq nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]